İSTİQLALIN UZUN HEKAYƏSİ

Yazıcı-dostu sürüm

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus Emre İnstitutu tərəfindən (YEE) Azərbaycan Milli İncəsənət Muzeyində təşkil edilən “İstiqlalın uzun hekayəsi” adlı tədbirdə Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin müşavirləri, azərbaycanlı millət vəkilləri, elm xadimləri və tələbələr iştirak ediblər.

İstiqlal Marşı və Azərbaycan Dövlət Himninin səsləndirilməsiylə başlanan tədbirdəBakı YEE-nin müdiri Selçuk Karakılıç, İstiqlal Marşının necə yazılmasından və necə qəbul edilməsindən bəhs edib.

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komissiyasının sədri Qənirə Paşayeva da azərbaycanlıların İstiqlal Marşını öz marşları kimi qəbul etdiklərini və sevərək ifa etdiklərini bildirib.

Bakı Dövlət Universitetinin Şərqşünaslıq Fakültəsinin dekanı Aydan Xəndan isə “Mehmet Akif şeirinin əsas xüsusiyyələri” mövzulu təqdimatla çıxış edib.

Tədbir, Beynəlxalq Muğam Mərkəzinin sənətçilərini konserti və “Mehmet Akif Ersoy Özəl Kolleksiyası” sərgisinin nümayişi ilə başa çatıb.

Diğer Etkinlikler

Azərbaycanın paytaxtı Bakı şəhərində Ankara Bilkent Şəhər Xəstəxanasının əməkdaşlarının rəsmlərinin nümayiş olunduğu "...

"Türkiyə və Türkologiya Konfransları Silsiləsi" çərçivəsində təşkil olunan ikinci proqram məşhur yazıçı və tədqiqatçı...

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə keçirilən “Türkiyə və Türkologiya Konfransları Silsiləsi” çərçivəsində...

Azərbaycanın paytaxtı Bakıda Osmanlı sultanlarının döyüşlərdə qalib gəlmək və bəd nəzərdən qorunmaq üçün geyindikləri...