Türk Mədəniyyəti ilə tanış olun

Türk Mədəniyyəti ilə tanış olun

Yazıcı-dostu sürüm

Yunus Emre İnstitutu qısa zamanda ciddi bir fəaliyyət sayına çatmışdır. Zəngin mədəni irsə sahib olan Türkiyənin düzgün bir şəkildə və səlahiyyətli nümayəndələrlə tanıdılması İnstitumuzun əsas məqsədi olmuşdur. Fəaliyyətlərimizin əsas məqsədi ölkəmizin seçmə və zəngin mədəni irsini xaricdə tanıtmaqdır.

Türkiyə dünyada daha çox köklü tarixi ilə bilinən bir ölkədir. Bizlər tariximizdən aldığımız ilham ilə zəngin irsimizi tanıtmağa çalışarkən, digər tərəfdən də müasir sənət və mədəniyyətin inkişaf etdirilməsinə də əhəmiyyət veririk. Qədim mədəniyyətimizi müasir dünyanın sənətləri ilə bütünləşdirərək çox çeşidli mədəniyyət perspektivi təqdim etməyə çalışırıq. Belə ki, Türk ədəbiyyatının ölümsüz yazıçılarından olan Əhməd Həmdi Tanpınar ancaq dəyişərək yenilənməyin əhəmiyyətli olduğunu demişdir. Canlı olan hər şey dəyişməyə məcburdur, canlılığını dəyişməyə, yenilənməyə borcludur. Ancaq bu dəyişiklik öz istiqamətində olduğu təqdirdə davamlılıq təmin edilə bilər. Əhməd Həmdi Tanpınar bunu "davam edərək dəyişmək, dəyişərək davam etmək" olaraq açıqlayır. Mədəni davamlılığın iflasa uğramadan yeni bir tərkib içində inkişaf edə bilməsi üçün ənənə ilə modernizmin birlikdə hərəkət etməsi vacibdir.

Yunus Emre İnstitutu eynilə Tanpınar'ın ifadə etdiyi kimi davam edərək dəyişir, dəyişərək davam edir. Adət-ənənələrimizdən aldığımız ilham ilə müasir dünyanın insanlarına davamlı inkişaf edən və dəyişən mədəni irsimizi təqdim edərək bu torpaqlara aid nə varsa anlatmağa cəhd edirik. Dedeni Vagnerlə, Yunusu Verlaine ilə, Bakıni Goethe ilə qarşı-qarşıya qoyaraq yeni bir tərkib yolu ilə özümüzü izah etməyə və anlamağa çalışırıq. Yalnız öz mədəniyyət atlasımıza aid rəngləri izah etmir, eyni zamanda başqa millətlərin mədəni zənginliklərini öyrənərək anlamağa, beləcə bir-birimizi yaxından tanımağa, yeni tərkiblər inkişaf etdirməyə çalışırıq.

Bu baxımdan xarici bir mədəniyyət təşkilatını qonaq edən, ev sahibi olan ölkənin mədəniyyəti və mədəni dəyərləri də bizim üçün böyük əhəmiyyət daşıyır. Ev sahibi ilə qonaq arasında yaxşı bir dostluq qurulması üçün tərəflər arasında  qarşılıqlı mədəni imkan təmin edən fəaliyyətlərə qatılır, ortaq işlər görürük. Məqsədimiz yalnız tanıtmaq deyil, eyni zamanda tanımaqdır.

İnstitumuz yalnız Türkiyədə yetişmiş mədəniyyət adamlarını deyil, keçmişdə və ya hal-hazırda Türkiyə ilə təması olmuş sənət, fikir və elm insanlarını da həm tanımağı, həm də tanıtmağı qarşısına məqsəd qoyur və bu çərçivədə fəaliyyət göstərməkdədir. Fəaliyyət göstərdiyimiz hər bir nöqtədə mədəni əməkdaşlıqlara və ortaq fəaliyyətlərə böyük əhəmiyyət veririk. Ortaq fəaliyyətlərin mədəni alış-verişin və qarşılıqlı təsirin ən sürətli və məhsuldar reallaşdığı platforma olduğuna səmimiyyətlə inanırıq.

Məqsədimiz dəyişən dünyada ölkəmizin mədəni və elmi təcrübəsini beynəlxalq arenada eşitdirmək və başqa millətlərin təcrübəsini də öz torpaqlarımıza daşımaqdır. Mədəni və elmi paylaşımın hər baxımdan faydalı, dəyərli olduğunu düşünürük. Bu məqsədlə Dədəni Vagnerle, Yunisi Verlaine ilə, Bakıni Goethe ilə görüşdürməyə davam edirik.