TÜRK YAZIÇILAR 7-Cİ BAKI BEYNƏLXALQ KİTAB SƏRGİSİNDƏ

Yazıcı-dostu sürüm

Azərbaycanda 7-ci Beynəlxalq Bakı Kitab Sərgisi qapılarını kitab sevərlərə açdı. 6 oktyabr 2021-ci il tarixlərində həyata keçirilən sərginin açılışında Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, təhsil naziri Emin Əmrullayev, Türkiyə Cümhuriyyəti mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan iştirak etdi.

Azərbaycanın böyük və dahi şairi Nizami Gəncəvinin adına açılan Azərbaycan, Türkiyə, Bolqarıstan, Gürcüstan, Fransa, İndoneziya, İran, Kolumbiya, Qazaxıstan, Qırğızıstan, Misir, Özbəkistan və Rusiyadan 200-ə yaxın nəşriyyatın iştirak etdiyi sərginin açılış mərasimində nazir müavini Əli Əhmədov bütün oxucuların kitab tətilini təbrik etdi. Azərbaycanda bu növ sərgilərin təşkil edilməsinin artıq bir adət halına gəldiyini bildirən Əhmədov, kitabsız və yazısız bir insan sivilizasiyasının təsəvvür edilmədiyini qeyd edərək bunları dedi: “Azərbaycan tarixinin qədim adətləri birbaşa kitab və yazı ilə əlaqədardır. Məlum olduğu kimi, bu il Azərbaycanda Cənab Prezident tərəfindən “Nizami Gəncəvi ili” elan edilmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərləri yazı və kitablar sayəsində günümüzə qədər çatmışdır. Bir kitab sərgisi təşkil etmək, qonaqların ölkəmizin mədəni tarixini sərgilələmələri üçün möhkəm bir təməl yaradacaqdır.”

“Sərgi, xalqımızın dünyadakı böyük zəfərinə həsr edildi”

Mədəniyyət naziri Anar Kərimov isə 14 ildir təşkil edilən Bakı Beynəlxalq Kitab Sərgisinin, Azərbaycanın qabaqcıl və böyük maraqla qarşılanan festivallarından biri olduğunu bildirərək bu il Nizami Gəncəvi ili münasibətiylə böyük şairə ithaf edildiyini qeyd etdi. Sərginin əsas məqsədinin xalqın kitaba olan marağını artırmaq və oxu mədəniyyətini təşviq etmək, oxucuları mətbuat sahəsindəki rəqəmsal yeniliklərlə tanış etmək, ölkədəki kitab sənayesinin və müasir ədəbi proseslərin inkişafını dəstəkləmək olduğunu deyən Kərimov, iki ildən bir təşkil edilən Bakı Beynəlxalq Kitab Sərgisinin hər il təşkil olunmasına qərar verildiyini də ifadə etdi. Sərgidə 12 ölkədən 43 xarici qurum, 121 yerli nəşriyyat və kitabla əlaqədar idarənin iştirak etdiyini və sərgi boyunca müxtəlif formatlarda 200-dən çox tədbirin təşkil ediləcəyini, 7-ci Bakı Beynəlxalq Kitab Sərgisinin müzəffər bir xalq tərəfindən öz suveren torpaqlarında təşkil olunan ilk beynəlxalq kitab festivalı olduğunu qeyd edən Kərimov dedi: “Sərgi, xalqımızın dünyadakı böyük zəfərinə həsr olunmuşdur. Böyük vətənpərvərlik müharibəsində kitablar, dərgilər və digər çap olunmuş materialların xüsusi bir yeri var. Sərgini ziyarət edən hər kəs bu mövzulardakı nəşrlərə diqqət etməli, şanlı tariximizi və qədim mədəniyyətimizi bu kitablar vasitəsiylə tanımalıdır. Bildiyiniz kimi, bu il 15 yanvarda Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə əməkdaşlığı ilə “Gəl Qarabağa kitabla gedək” kampaniyası başladıb. Hal-hazırda kampaniya çərçivəsində 55.482 kitab toplanıb. Bugün Qarabağa həm mədəniyyətimizi, həm də ədəbiyyatımızı qaytarırıq. Bu böyük qayıdışın hər mərhələsində və hər anında xalqımız dövlətimizlə bərabərdir və 44 günlük zəfər tarixi indidən dünya miqyasında azərbaycanlıların həmrəyliyinin nişanəsi halına gəlmişdir.”

Kitabın cəmiyyətin həyatındakı rolundan bəhs edən təhsil naziri Emin Əmrullayev kitabın təhsilin mərkəzindəki əsas qavramlardan biri olduğunu, kitabın bir mədəniyyət olduğunu deyərək bunları ifadə etdi: “ Uşaqlarda kiçik yaşlardan etibarən kitab sevgisi yaratmaq çox vacibdir. Tədqiqatlar, erkən yaşlardan etibarən daha çox oxuyan uşaqların və valideynləri daha çox oxuyan uşaqların gələcəkdə daha yüksək akademik nəticələr əldə edəcəklərini göstərir. Bu da kitabların bir oxu vasitəsi olaraq həyatımızda nə qədər önəmli olduğunu bir daha göstərir.

“Kitab üzərindən qurduğumuz hər strategiya doğru strategiyadır.”

Mədəniyyət və Turizm nazirinin müavini Ahmet Misbah Demircan, tədbirdə iştirak edənlərə Prezident Recep Tayyip Erdoğan və Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoyun salamlarını çatdırdı. Demircan, kitabın mədəniyyətlər arası əlaqələrin əsas hərəkət nöqtəsi olduğunu söylədi. İnsanın duyğularını yazaraq ötürdüyünü, oxuyaraq da öyrəndiyini qeyd edən Demircan, “Kitabsız nə mahnı, teatr, nə ssenari olmaz. Beləliklə, gənclərimizə öz mədəniyyətimizi çatdırmaq üçün vacib vasitə olan kitabları inkişaf etdirməli və oxucu sayını artırmalıyıq.”, dedi. Demircan, Bakıdakı sərginin həm Azərbaycan ilə Türkiyə əlaqələrinin inkişaf etdirilməsi, həm də nəşriyyatlar və yazıçıların daha çox bir araya gəlməsi baxımından anlamlı olduğunu vurğulayaraq, “Buradakı gəncliyin Türkiyədəki nəşrlərə, türk gəncliyinin də Azərbaycandakı nəşrlərə yaxınlaşması lazımdır. Kitab vasitəsiylə qurduğumuz hər strategiya doğru strategiyadır.” dedi.

 “Sinan Yağmur, azərbaycanlı oxuculara kitablarını imzaladı”

Bakı Expo Mərkəzində bu il yeddincisi təşkil edilən Bakı Beynəlxalq Kitab Sərgisində Bakı Yunus Emre İnstitutu da yer alaraq türk ədəbiyyatının önəmli yazıçı və mütəfəkkirlərini azərbaycanlı oxucularla bir araya gətirdi. Sərginin birinci günündə “Eşqin göz yaşları” seriyasının yazıçısı Sinan Yağmur, stenddə oxucularına kitablarını imzalayaraq onlarla söhbət etdi.

Eyni gün “Eşqin səsi” Yunus Emre mövzusunda çıxışı ilə Bakı Expo Mərkəzi salonunda azərbaycanlı oxucularıyla bir araya gələn Sinan Yağmur Yunus Emrenin insanlıq fəlsəfi haqqında danışdı.

 

“Sinan Canan: Özünüzə yaxşı baxın”

 

Sinan Canan, Bakı Kitab Fuarından öncə İnsanın Fabrik Tənzimləmələri adlı seriya çıxışlarından birini ADA Universitetinin tələbələri üçün etdi. “İnsanı başa düşməyin, insanı müalicə etməyin birinci mərhələsi” olduğunu bildirən Canan, “müasir həyatda yaşadığımız problemlərin, demək olar ki, hamısının insanın özünəməxsus, bioloji və təbii tənzimləmələriylə öz qurduğu mədəniyyət daxilində yaşamaq məcburiyyətində qaldığı uyğunsuzluqlardan qaynaqlandığını qeyd etdi. İnsanın Fabrik Tənzimləmələrinin beş mərhələdən ibarət olduğunu və bu beş mərhələnin bütün problemləri əhatə etdiyini deyən Canan, bir saatlıq çıxışında insanın özünə, yəni daxili aləminə qayıtmasının əhəmiyyətindən ətraflı şəkildə bəhs etdi.

Bakı Kitab Sərgisində İnsanın Fabrik Tənzimləmələri adlı kitabını azərbaycanlı oxucuları üşün imzalayan, şəkil çəkdirən Sinan Canan sərgi zalında ikinci çıxışını etdi. Burada da vacib məsələlərə toxunan Cananı geniş dinləyici kütləsi qarşıladı.

 

Birsen Ekim Özen: “Xəyallarımızı uçuraq mı?”

 

Uşaq yazıçısı Birsen Ekim Özen de sərgidə iştirak edərək həm kitablarını imzaladı, həm də uşaqlarla və ailələriylə söhbət etdi. Bakı Türk Anadolu Liseyinin şagirdləriylə bir araya gələn Birsen, uşaqlarla, “xəyallarımızı uçuraq mı?” adlı çıxışı və fəaliyyəti həyata keçirdi. 9 noyabr 2021-ci ildə isə kitab sərgisində Şirin adlı kitablarını uşaqlar üçün imzalayan Birsen, həmin gün valideynlər üçün “Uşaqlarınızı oxumaqdan necə soyudursunuz?” mövzusundakı çıxışını Azərbaycanın seçilən uşaq nəşriyyatçılarından olan Fatimə Alxaz ilə birlikdə həyata keçirdi.

 

13 ölkədən 165 nəşriyyat və qurumun iştirak etdiyi sərgi 10 oktyabr tarixinə qədər davam etdi və Yunus Emre İnstitutunun stendində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Cahit Bağçı, Sinan Canan, Birsen Ekim Özen, Sinan Yağmur kitablarını imzaladıkdan sonra oxucularıyla söhbət etdilər.

Diğer Etkinlikler

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus...