"15 İYUL DEMOKRATİYA VƏ MİLLİ BİRLİK GÜNÜ" PANELİ

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda 15 İyul Şəhidləri Anma, Demokratiya və Milli Birlik Gününə həsr olunmuş panel keçirilib.

Bakı Yunus Əmrə İnstitutunda keçirilən tədbirdə Türkiyənin Bakıdakı səfirliyinin müşavirləri, Türkiyənin Bakıdakı qurum və təşkilatlarının nümayəndələri, Azərbaycan mədəniyyət nazirinin müavini Elnur Əliyev, millət vəkilləri və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Bakı səfirliyinin müşaviri Barış Sayqın 15 iyul dövlət çevrilişinə cəhdin türk xalqının iradəsi ilə qarşısının alındığını bildirib. FETÖ ilə mübarizənin qanunun aliliyi, əsas hüquq və azadlıqların qorunması prinsipləri əsasında aparıldığını xatırladan Sayqın qeyd edib ki, FETÖ-nün ölkədə zəifləməsi nəticəsində strategiyasını dəyişərək, xarici fəaliyyətlərlə daha çox məşğul olmağa başlayıb.

Türkiyə hüdudlarından kənarda FETÖ strukturlarına qarşı mübarizənin bu gün daha çox əhəmiyyət kəsb etdiyini vurğulayan Sayqın, "FETÖ-nün xaricdə qurulması ilə mübarizə Xarici İşlər Nazirliyi olaraq prioritet gündəmimizdən biri olmağa davam edir. Uzun vədəli olduğunu bildiyimiz FETÖ ilə mübarizəmiz, bu günə qədər olduğu kimi qətiyyətlə davam edəcək.” dedi.

Azərbaycanın mədəniyyət nazirinin müavini Elnur Əliyev Türkiyə və Azərbaycanın hər zaman kənardan təzyiqlərlə üzləşdiyinə diqqət çəkib və bunun türklərin ədalət tərəfdarı olması ilə bağlı olduğunu bildirib. Açıq müharibədə türkləri məğlub edə bilməyən qüvvələrin müxtəlif yollara əl atdığını qeyd edən Əliyev, "Halbuki millətimiz çətin günlərdə dövlətin ətrafında birləşmiş bir millətdir. Bunu həm iyulun 15-də, həm də İkinci Qarabağ müharibəsində gördük. Torpaqlarımızı vətən edən, canlarını fəda edən şəhidlərimizi yad edirəm”. dedi.

Bakı səfirliyinin daxili işlər müşaviri Mustafa Çakır çıxışında FETÖ strukturunun tarixi prosesi, 15 iyul gecəsi baş verənlər və ondan sonra aparılan araşdırmalardan danışıb.

Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlu bildirib ki, FETÖ birilərindən asılı olan Türkiyə və türk dünyası yaratmaq üçün qurulmuş bir layihədir.

Türkiyənin müstəqil fəaliyyət göstərməsi və milli müdafiə sənayesini inkişaf etdirməsinin bəzi insanları narahat etməyə başladığını söyləyən Nusretoğlu, "Əvvəlcə Gezi hadisələrindən başladılar. Daha sonra 17-25 dekabr əməliyyatı həyata keçirildi. 15 iyulda xain devşirme şəbəkəsi zamanında dövlətin ağlı ilə sıradan çıxarıldığını gördükdən sonra , dövlət çevrilişinə cəhd etdi. Amma prezident Rəcəb Tayyib Ərdoğan milləti öz ətrafında birləşdirdi və çevriliş cəhdini aradan qaldırdı.Azərbaycan dövləti və milləti ilə Türkiyənin yanında oldu.FETÖ bir kəşfiyyat təşkilatıdır.Bu Türk dünyasına qarşı bir quruluşdur. FETÖ ilə bağlı həssaslığımız heç vaxt bitməməlidir. Çünki bu təşkilatın arxasında böyük bir güc var." deyə fikrini bildirdi.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı qeyd edib ki, iyulun 15-də təkcə hakimiyyət deyil, həm də bu hakimiyyətin milli perspektivləri hədəfə alınıb. Çevrilişi planlaşdıranlarla çevrilişi edənlərin fərqli olduğunu qeyd edən Aslanlı, məqsədlərinin Türkiyədə sabitliyi pozmaq olduğunu qeyd edib.

Diğer Etkinlikler

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus...

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyədə nəşr olunan, tarixçi Dr. Telman Nüsrətoğlunun hazırladığı “Osmanlı...