Türkçə Öyrənin

Türkçə Öyrənin

Yazıcı-dostu sürüm

MƏDƏNİYYƏT MƏRKƏZLƏRİMİZDƏ TÜRKCƏ TƏDRİSİ

Mədəniyyət Mərkəzlərimizdə tələblərə əsasən müxtəlif səviyyələrdə müxtəlif qruplar üçün türkcə kursları verilir. Türkcə kurslarımızla yanaşı mərkəzlərimizdə iş türkcəsi, uşaqlar üçün türkcə, tərcümə sinifləri, mətbuat və media türkcəsi kimi xüsusi məqsədlərə yönəlik kurslar da təşkil edilir.

Mədəniyyət Mərkəzlərimiz

 

SEÇİMİM TÜRKCƏ LAYİHƏSİ

Yunus Emre İnstitutunun təşəbbüsləri ilə Bosniya-Herseqovina, Gürcüstan, Polşa, Yaponiya, Misir, Çernoqoriya və Rumıniya kimi ölkələrin ibtidai və orta təhsil müəssisələrində türkcə seçməli və ya məcburi ikinci xarici dil kimi tədris olunur.

Layihə çərçivəsində, Türk dilinin rəsmi dərs proqramlarına seçməli xarici dil kimi alınması, tədris planı və türk dilinin ibtidai və orta təhsil müəssisələrində xarici dil kimi tədrisində istifadə edilməsi üçün türkcə dərs kitabları hazırlanmışdır.

 

YERİNDƏ TÜRKCƏ TƏDRİSİ

Yunus Emre İnstitutu, Xaricdə Yaşayan Türklər və Qohum Birliklər Başqanlığı ilə iş birliyi edərək Türkiyədə ödmişsiz əsasıarla təhsil almağa haqq qazanan tələbələrin, Türkiyəyə gəlmədən əvvəl öz ölkələrində fəaliyyət göstərən İnstitut mərkəzlərində Türkcə öyrənmələrinə imkan yaradır.

Türkiyə Bursları: www.ytb.gov.tr

 

TÜRKCƏ YAY MƏKTƏBİ

Hər il mütəmadi olaraq təşkil olunan Türkcə Yay Məktəbi proqramı, xaricdə fəaliyyət göstərən Yunus Emre İnstitutlarının tələbələri və xaricdə Türkologiya fakültələrində təhsil alan müxtəlif ölkələrdən dəvət olunan qonaqların iştirakı ilə keçirilir. Ölkələrində öyrənmiş olduqları Türkcə biliklərini Türkiyəyə gələrək praktik etmək imkanı əldə edirlər. Yay məktəbi vasitəsi ilə tələbələr həm dillərini inkişaf etdirmək, həm də ziyarət etdikləri şəhərlərin tarixi və turistik yerləri ilə tanış olmaq imkanı da əldə edirlər.

Türkcə Yay Məktəbi: turkceyazokulu.com.tr

 

UZAQDAN TÜRKCƏ TƏHSİLİ

Müasir texnologiya imkanlarından istifadə edərək hazırlanan Uzaqdan Türkcə Təhsili Portalı vasitəsilə Yunus Emre İnstitutu, vaxtından və yerindən asılı olmayaraq Türk dilini müstəqil şəkildə öyrətmək məqsədi daşıyır. Bu baxımdan, Uzaqdan Türkcə Təhsil Portalında səviyyələrə görə seçilən söz siyahıları və qrammatik quruluşlar tədricən nümayiş etdirilir və tələbələrin gündəlik həyatda tez-tez istifadə edə biləcəkləri üsullar dörd əsas dil bacarığına əsaslanaraq öyrədilir.

Türkcə Təhsil Portali: turkce.yee.org.tr

 

VİDEOLARLA TÜRKCƏ TƏHSİLİ

Sahəsində mütəxəssis Türk dili müəllimlərimiz tərəfindən Yeddi İqlim Türk Dili Dərs Vəsaitləri əsas alınaraq hazırlanan video dərslər vasitəsi ilə kursa getmədən Türk dilini öyrənə bilərsiniz. Mövzulara görə ayrılan videoları aşağıdakı linkdən əldə edə bilərsiniz.

Videolar

 

TÜRKCƏ TƏHSİL VƏSAİTLƏRİ

Yunus Emre İnstitutu tərəfindən, həmin sahənin və hədəf auditoriyasının ehtiyacları nəzərə alınaraq müasir dil tədris metodları əsasında tədris planı və vəsait inkişaf etdirmə işləri görülür.

Uşaqlar Üçün Türkcə (ÇİT)

6-9 yaş arası auditoriya üçün hazırlanmışdır. 4 dəstdən ibarətdir.

(Dərslik, müəllim kitabı, dinləmə CD-si)

Türkcə Öyrənirəm

10-15 yaş arası auditoriya üçün A1- A2 olmaqla 2 səviyyədə hazırlanmışdır. 4 dəstdən ibarətdir.

(Dərslik, iş dəftəri, dinləmə CD-si)

Yeddi İqlim Türkcə

16 yaş və yuxarı hədəf auditoriyası üçün A1-C2 olmaqla 6 səviyyədə hazırlanmışdır.

(Dərslik, iş dəftəri, müəllim kitabı, dinləmə CD-si)

Şəkillərlə Söz Öyrənirəm

A1 səviyyəsi üçün hazırlanmış şəkillərlə dəstəklənən tematik bir lüğətdir. 600 söz və bölmədən ibarətdir. Sözlərin ingilis, rus və ərəb dilində  tərcüməsi də verilmişdir.

Danışıq və Yazı Kitabı

A1 səviyyəsində danışıq və yazı klublarından əlavə, Türkcə kurslarında istifadə etmək üçün hazırlanmış 186 vizual (şəkil) və şəkillərlə əlaqəli bölmələrdən ibarətdir.

Video Etkinlik Kitabı

A1-A2 səviyyəli Türkcə kurslarında istifadə edilmək üçün hazırlanmış 32 tematik video və videoyla əlaqəli bölmələrdən ibarətdir.

 

TÜRKCƏ YETƏRLİK İMTAHANI

TYS, Türkcənin beynəlxalq etibarlılığı olan standart bir imtahan olması və xarici tələbələrin qəbulunu asanlaşdırmaq məqsədi ilə Yunus Emre İnstitutu tərəfindən hazırlanmış bir dil yetərlilik imtahanıdır. İldə 3 dəfə beynəlxalq miqyasda tətbiq olunan imtahanda müvəffəqiyyətli olan namizədlər, Türkiyədə təhsil almaq hüququ qazandıqlarında dil hazırlıq kursundan azad olur, iş müraciətlərində böyük üstünlük əldə edirlər.

TYS: tys.yee.org.tr

 

MÜƏLLİMLƏRƏ TƏTBİQ EDİLƏN TƏHSİL PROQRAMLARI

Yunus Emre İnstitutu, Türkcənin xarici dil kimi öyrədilməsi ixtisası üzrə təhsil almış kadrların ehtiyacını qarşılamaq üçün müxtəlif müəllim yetişdirmə təlim proqramları təşkil edir.

İnstitutun təşkil etdiyi proqramlardan bəziləri:

  • Xarici Dil kimi Türk Dilinin Tədrisi Sertifikat Proqramları
  • Xarici Türkoloqlar üçün Xarici Dil kimi Türk Dilinin Tədrisi Sertifikat Proqramları
  • Xarici Dil kimi Türk Dili Tədrisi Təhsil Seminarları
  • Mədəniyyətlərarası Adaptasiya Proqramları
  • Xidmət Daxili Təhsil Proqramları

 

XARİCİ TƏLƏBƏ İMTAHANI (YÖS)

Xarici Milliyətə Mənsub Tələbə İmtahanı (YÖS), Türkiyədəki ali təhsil müəssisələrində oxumaq istəyən xarici mənsubiyətli tələbələrin girəbiləcəkləri və bu müəssisələrə qəbul üçün müraciət edərkən nəticələrini istifadə edəbiləcəkləri bir imtahandır. İnstitut, müqaviləsi olan universitetlərin xaricdə  keçirdəcəkləri Xarici Tələbə İmtahanlarının koordinasiyasını təmin edərək imtahanların əlverişli şəraitdə və etibarlı mühitlərdə həyata keçirilməsinə köməkdarlıq göstərir.

 

MÜASİR ÜSULLARLA TÜRKCƏ ÖYRƏDİRİK!

İnteraktiv lövhələr, sertifikatlaşdırılmış təlimçilər, köməkçi resurslar, tematik dil plakatları, hədəf auditoriyaya uyğun dərs materialları, 8-16 nəfərlik U formatlı siniflər.....

Yunus Emre İnstitutu olaraq, bir dünya dili olan Türkçəni beynəlxalq sahədə xarici dil olaraq öyrədərək; bu məzmunda tələbələrin ehtiyaclarını və müasir metodlar baxımından dərs vasitələrini və materiallarını hazırlayırıq.

 

DÜNYAYA TÜRKCƏ ÖYRƏDİRİK

2009-cu ildən bu yana xaricdəki mərkəzlərimiz vasitəsilə təşkil olunan türkcə kursları ilə yanaşı, İnstitutun təşəbbüsü və dəstəyi ilə Türk dilinin xarici ölkələrin dövlət məktəblərində seçməli və məcburi ikinci bir xarici dil olaraq öyrədilməsi və  xaricdəki Türkologiya kafedralarındakı türk dili tədrisi də daxil olmaqla təxminən 100.000 nəfər türk dilini öyrənmişdir.