Nizamidən Yunusa: Bir Olmaq Konfransı

Yazıcı-dostu sürüm

Türkiyədə 2021-ci ilin Yunus Əmrənin vəfatının 700-cü il dönümü, Azərbaycanda isə Nizami Gəncəvinin anadan olmasının 880-ci il dönümü münasibətiylə Türkiyədə Yunus Əmrə ili, Azərbaycanda Nizami Gəncəvi ili elan edilməsi qərarlarına əsasən “Nizamidən Yunusa: Bir Olmaq” konfransı təşkil olunub. 

Konfrans Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, Azərbaycan Respublikası Mədəniyyət naziri Anar Kərimov və Yunus Emre İnstitutunun sədri prof. Şeref Ateşin iştirakıyla Bakı Yunus Emre İnstitutu tərəfindən onlayn olaraq  təşkil edilib.

 

“Könül dilinin şeir diliylə yoldaşlığı”

 

Proqramın açılış hissəsində çıxış edən Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy nitqinə könül dilinin şeir dili ilə yoldaşlıq etdiyi gözəl bir birliyi müşayiət etməkdən məmnun olduğunu ifadə edərək başladı.

Türk dünyası ədəbiyyatının iki böyük şairi üçün hazırlanan panelin özümüzdən bəhs etmək üçün böyük bir fürsət olduğunu vurğulayan nazir Ersoy bugün Türk cümhuriyyətlərinin idarə etdiyi torpaq genişliyi qədər mədəniyyətimizin izlərini daşıyan və yaşadan torpaqların müəzzəm bir genişliyə sahib olduğunu bildirərək deyib:

“Biz millət olaraq daima əxlaq, ədalət, toleranslıq, mərhəmət kimi həsrətlərlə yaşadıq və yaşatmağı seçdik. Bizə elmiylə, fikriylə, sənətiylə bunun qapısını açanlar isə, xoşbəxtlikdən, həm çoxdur, həm də heç bir zaman unudulmayacaq qədər dərin və dünyəvi izlər qoymuşdurlarş Onlara sahib çıxmaq, miraslarını yaşatmaq və nəsillərimizə çatdırmaq məsuliyyətini hamımız birlikdə daşıyırıq. Bugün Nizamidən Yunusa bir olmaq deyəndə gözümüzün nuru, könül aydınlığımız olan iki böyük şəxsiyyəti də bu çərçivədə anlamaq önəmlidir. Bu adlar ölkə sərhədlərinin ayırdığı müəyyən bölgələrin dəyərləri deyil, sərhədlərin olmadığı milli birliyimizin, qardaşlığımızın içində hamımızın rəhbəri, ilhamı və qürurudurlar. İnsan xəzinələrimizi biz və uşaqlarımız yaxşı bilməliyik ki, dünyaya haqqını verərək ötürə bilək. Onların həm ədəbi, həm mənəvi işıqlarından insanlığın faydalana bilməsini təmin edə bilək.

Bir tərəfdə “İnsan xoşbəxt olmaq üçün yaradılmışdır və hər şeydən qiymətli bir varlıqdır.” Deyən Gəncəvi, digər tərəfdə də “Yaradılanı sevdik, Yardandan ötrü.” Deyn Yunus Əmrə. Bugün dünyanın onları yaxşı anlaması, yaşanan bu qədər üzüntünün şəfa tapması üçün çox əhəmiyyətli bir reseptdir. İnstitutumuzun adının Yunus Emre olmasının səbəbi də tam olaraq budur. Onun miras qoyduğu düşüncələr; o düşüncələri ən başa düşülən və təsirli şəkildə insanlara təqdim etməkdə istifadə etdiyi bənzərsiz diliylə mədəniyyətimizi, dəyərlərimizi, dinimizi tanıtmaq, anlatmaq və öyrətmək missiyası daşıyan bir qurum üçün ən düzgün seçimdir. Nizami Gəncəvini də bundan fərqli düşünməməliyik; insanlara yetişmək istəyiriksə, duyğuları ən yaxşı başa düşən və ən yaxşı şəkildə izah edən könül dilmanclarımızı vasitəçi tutmalıyıq.

Bugün dünyanın hər yerində insanların qəlbinə siraət etmiş, kök salmaqda olan bir qaranlıq var: Hirsdən, nifrətdən, kindən bəslənir. Kütlələri ayrı-seçkiliyə, özgəninkiləşdirməyə, təhəmmülsüzlüyə sövq edir. Belə ki, Nizamidə və Yunusda əks edən bizim mədəniyyətimiz bu xəstəliyi, bu qaranlığı daha əvvəl məğlub etdi. Bugün də bunun öhdəsindən gəlməyə ən qadir güc, milli və mənəvi dəyərlərimizlə yoğurduğumuz mədəniyyətimizdir, insanlığıa baxışımızdır və vicdanımızdır. Bu baxımdan Nizamiyə, Yunusa və daha belə neçə böyüklərimizə sahib çıxmağın, onların rəhbərliyində bir olmağın nə qədər dərin məna daşıdığını bilərək məsuliyyət daşıyaq və addımlarımızı ataq. Bu anlayışın bütün türk dünyasında yayılmasını və bugün burada olduğu kimi dəyərli fəaliyyətlərin həyata keçirilməsini təmənni edirəm.

 

“Bir millət – iki dövlət”

Azərbaycan mədəniyyət naziri Anar Kərimov, proqramdakı çıxışına “Bir millət, iki dövlət” vurğulamasını edərək başlayıb. Bu birliyin siyasi, hərbi və iqtisadi olmadığını, eyni zamanda mədəni mənada da olduğunu vurğulayan Kərimov deyib:

“Bu birliyin və qardaşlığın ən gözəl simvollarından biri də müştərək tariximiz və müştərək dahi şairlərimiz Nizami Gəncəvi və Yunus Əmrədi. Biz Mədəniyyət Nazirliyi olaraq həm Azərbaycan, həm də beynəlxalq səviyyədə bu şəxsiyyətlərin fəlsəfəsini və mirasını təbliğ etmək və bu işlərimizi qardaş Türkiyə ilə görmək niyyətindəyik.

Nizami Gəncəvi və Yunus Emre təxminən eyni dönəmin şairləridirlər. Əsərlərindəki ortaq dəyərlər və düşüncə tərzləri son dərəcə qiymətli və təqdirəlayiqdir. Milli şəxsiyyətin əsas göstəricilərindən biri dildir. Gəncəvi əsərlərini fars dilində, Yunus Emre isə türk dilində yazsa da, türkçelek ruhu onların ər ikisində də mövcuddur. İki ölkə qardaşlığı kimi bu konfrans da çox əsrlik tarixi köklərimizin davamıdır.”

 

“Tarixi bir fürsət”

 

Yunus Emre İnstitutun sədri prof. Şeref Ateş isə hər iki şairimizi anmaq, anlamaq və anlatmaq üçün bu toplantının tarixi bir fürsət olacağına inandığını dilə gətirib. Prof. Ateş çıxışında deyib:

“Yunus Emre Türkiyə türkcəsini inşa edən böyük bir şair və eyni zamanda didaktik doktinalarıyla böyük mütəfəkkirdir. Türkiyənin könül dilini quran və bunu böyük sənətə çevirən misilsiz bir dil virtuozudur. Bütün bəşəriyyəti dil, din və irq ayrı-seçkiliyi etmədən sevməyi tövsiyyə edən Yunus Emre yaşadığı dövrdən də o yana düşünə bilən böyük bir mütəfəkkir, ürəyi dünyadan çox daha böyük bir şairdir.

Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvi də ölümsüz əsərləriylə dünya ədəbiyyatına yeni bir səs gətirmiş bir şairdir. Nizami eyni zamanda özündən sonra gələn şairlərə təsir etmiş, şərqli və qərbli şairləri ilham aldığı bir sənətkardır. Bütün dünyanın “Gəncəli dahi” olaraq tanıdığı Nizami dünyəvi bir sənətkardır. Beləliklə, yaşadığı dövrün dünyəvi dəyərlərini sənətində işləyərək sintez etmiş böyük bir şairdir. Yunusda olduğu kimi, Nizami Gəncəvidə də insanlıq sevgisi fövqəladə ölçüdədir.

 

Açılış çıxışlarından sonra davam edən konfransda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Milli Elmlər Akademiyasının prezidentinin müavini akademik İsa Həbibbəyli və ədəbiyyat tədqiqatçısı Mustafa Özçelik çıxış ediblər.

Diğer Etkinlikler

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının...

İstiqlal Marşımızın qəbulunun 100-ci il dönümü münasibətiylə 12 mart 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin...

Türkiyə Mətbəəçi-Nəşirlər Peşə Birliyi tərəfindən bu il 6-cısı təşkil olunan İstanbul Publishing Fellowship (Beynəlxalq...