İmtahana Girin

İmtahana Girin

Yazıcı-dostu sürüm

1. Türkcə Yetərlik İmtahanı (TYS) nədir?

Türk dilini xarici dil və ya ana dil kimi öyrənən şəxslərin dil biliklərinin müəyyənləşdirilməsi üçün Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən, bütün dil bacarıqlarını ölçən və beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır.

2. Türkcə Yetərlik İmtahanına kimlər girə bilər?

Xarici dil olaraq türkcə öyrənənlər, Türkiyədəki universitetlərə müraciət etmək və qəbul olmaq məqsədiylə türkcə dil biliklərini sənədləşdirmək istəyən tələbələr, xaricdə müxtəlif təşkilatlarda türkcə öyrətmək istəyən müəllim namizədləri, türkcə dil biliklərini sənədləşdirmək istəyən tərcüməçilər, qısacası türkcə dil biliyini ölçmək istəyən hər kəs TYS'ye girə bilər.

3. Türkcə Yetərlik İmtahanına nə üçün girməliyəm?

Türkcə Yetərlik İmtahanı, türkcə dil biliklərinizi ölçən və sənədləşdirən bir imtahandır. Türkcə Yetərlik İmtahanında müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər; bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz.

4. Türkcə Yetərlik İmtahanına necə qeydiyyatdan keçə bilərəm?

İmtahana sinav.yee.org.tr saytından online müraciət edə bilərsiniz.

5. Türkcə Yetərlik İmtahanı hansı mərhələlərdən ibarətdir?

Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlik İmtahanı “Oxuma, Dinləmə, Yazma və Danışma (müstəqil və qarşılıqlı söhbət)” mərhələlərindən ibarətdir. Oxuma, dinləmə, yazma və danışma bacarığının ölçüldüyü imtahanda müvəffəqiyyət əldə edən namizədlərə Türkcə Yeterlik Sertifikatı verilir.

6. Türkcə Yetərlik İmtahanı necə keçirilir?

Türkcə Yetərlik İmtahanı 3 seansda keçirilir. 1-ci sessiyada namizədlər; oxuma və dinləmə, 2-ci sessiyada yazma; 3-cü sessiyada isə müstəqil danışma və qarşılıqlı danışma suallarına cavab verirlər.

7. Türkcə Yetərlik İmtahanının müddəti nə qədərdir?

Türkcə Yetərlik İmtahanının müddəti; oxuma 60, dinləmə 45, yazma 60, müstəqil danışma 5, qarşılıqlı danışma 10 olmaqla toplam 180 dəqiqədir.

8. Türkcə Yetərlik İmtahanı ildə neçə dəfə keçirilir?

Türkcə Yetərlik İmtahanı, Yunus Emre İnstitutu tərəfindən müəyyən edilən və tys.yee.org.tr saytında elan edilən tarixlərdə, ildə üç dəfə keçirilir. İmtahan; Türkiyədə və Yunus Emre İnstitutu Türk Mədəniyyət Mərkəzlərinin olduğu bütün ölkələrdə eyni vaxtda tətbiq edilir.

9. Türkcə Yetərlik İmtahanının nümunəsini əldə etmək mümkündür?

tys.yee.org.tr saytına daxil olaraq TYS nümunəsini yükləyə bilərsiniz.