Yazıçı Nadir Doğan Azərbaycanlı oxucularla görüşüb

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə keçmiş TRT üzvü, ssenarist, prodüser-kinooperator və yazıçı Nadir Doğanın Xəzər Türklərinin tarixinə dair yazdığı "Togarmanın övladları", " Şimala səyahət" və "Qızıl Səhralar” adlı tarixi romanlarının təqdimatı müəllifin də iştirakı ilə İnstitutun konfrans salonunda keçirilib.

Tədbirdə, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının Bakı nümayəndəsi Ufuk Turqaner, Azerbaycan Respublikasının Milli Məclisinin Deputatı Hikmət Babaoğlu başda olmaqla türk qurum və quruluşların təmsilçiləri, akademiklər və tələbələr iştirak edib.

Təqdimat mərasimində çıxış edən səfir Erkan Özoral, Millət vəkili Hikmət Babaoğlu və Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, Xəzər Universitetinin müəllimi Dos. Telman Nüdrətoğlu tarixi roman kateqoriyasında əsərlər yazan, yazıçı Nadir Doğanın Azərbaycanlı oxucularla görüşməsinə vəsilə olan Bakı Yunus Emre İnstitutuna təşəkkür ediblər.

Təqdimatdan sonra yazıçı Nadir Doğan, Azərbaycan Xəzər Univeristetinin tələbələrinə “Xəzərlərin yüksəlişi və yıxılışı” mövzusunda bir konfrans verib.