Türkiyə: Hekayə Kitabının təqdimatı keçirildi

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu və Azərbaycan Yazıçılar Birliyini nəzdində Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə əməkdaşlığı ilə Milli Mücadilənin 100-cü ilində azərbaycanlı oxuculara Türk hekayəçiliyini tanıtmaq məqsədilə “XX əsr türk hekayəsi” adlı xüsusi bir sayı hazırlandı. Türk ədəbiyyatının önəmli hekayəçilərinin  aldığı bu sayın təqdimatı 24 iyun 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyi Natavan Klubunda həyata keçirildi.

Milli Mücadilənin 100-cü ilinə həsr edilən xüsusi sayın təqdimatında Azərbaycan Yazıçılar Birliyi sədri Anar Rzayev, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Dünya Ədəbiyyatı dərgisinin redaktörü Səlim Babullaoğlu və çox sayda ədəbiyyatsevər iştirak etdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri və xalq yazıcısı Anar Rzayev bu nəşrin iki ölkə ədəbiyyatı arasında daha güçlü bağlar yaradacağını bildirdi.

Bakı Yunus Emre İnstitutu müdiri Cihan Özdemir isə belə qalıcı bir fəaliyyətin həyata keçirilməsinə dəstək verdikləri üçün qürur duyduqlarını ifadə etdi.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri və şair Səlim Babullaoğlu dərginin yeni sayının təsirli əməkdaşlığın dəyərli məhsulu adlandıraraq İnstituta təşəkkürlərini bildirdi.