Qaragöz-Hacivat Bakıda Uşaqlarla Görüşdü

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının birgə təşkilatçılığı ilə Qaragöz Dərnəyinin Başqanı Enis Ergünün səhnələndirdiyi “Qaragöz Sirli Ağac” adlı oyun, 1 oktyabr 2019-cu il tarixində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tamaşaçılara təqdim olunub.

Bakı Yunus Emre İnstitutu tərəfindən ilk dəfə nümayiş olunan, Azərbaycanlı və Türkiyəli uşaqların böyük həyəcan və coşquyla izlədikləri kölgə oyununun sonunda mədəniyyət zənginliyinin xəyal pərdəsi Qaragöz-Hacivat fiqurları uşaqlara hədiyyə edilib.

Qaragöz-Hacivat

Qaragöz-Hacivat, ağ bir pərdənin arxasına ışıq qoyularaq və bu işığın qabağına keçilərək pərdəyə verilən şəkillərlə oynanan kölgə oyunudur.

Türk cəmiyyəti üçün çox vacib və itirilməməsi gərəkən əhəmiyyətli bir dəyər olan Karagöz və Hacivat ədəbiyyat, musiqi, folklor və rəqslə yanaşı mizahı da özündə ehtiva edir. Kiçikdən böyüyə hərkəsə xitab edən Qaragöz-Hacivat, yüz illərdir xüsusilə də uşaqların əyləncələrindən birinə çevrilib. Qaragözü səsləndirən Xəyali adlanan şəxs, bu şəkilləri hərəkət etdirir, danışdırır. Bu şəkillər pərdədə çox fərqli hərəkətlərə bürünür. Tamaşaçılar da bu oyunu bir-birindən fərqli xəyalar olaraq izləyir.

Mahnılarla, qəzəllərlə başlayan Qaragöz-Hacivat oyunu, tamaşaçıları bir yandan nəşələndirir, digər yandan da verdiyi nəsihətlərlə düşündürür. İzləyənlər oyunun sonunda Qaragöz və Hacivatın dialoqlarından dərs çıxardır və ibrət alırlar.