Bakıda "Yunus Əmrə Aşiqləri" Konserti

Yazıcı-dostu sürüm

Azərbaycanın dövlət sənətçisi Nuriyə Hüseynovanın rəhbərliyində “Yunus Əmrə Aşiqləri” adlı konsert proqramı Beynəlxalq Muğam Mərkəzində həyata keçirildi.

Bakı Yunus Emre İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə Azərbaycanın millət vəkilləri, eyni zamanda ədəbiyyat və incəsənət sahəsindən çox sayıda qonaqlar iştirak etdi.

Bakı Yunus Əmrə İnstitutunun Müdiri Selçuk Karakılıç, konsertdən əvvəl etdiyi çıxışda Yunus Əmrənin, Türkiyənin xaricə açılan pəncərəsini ən yaxşı nümayiş  edə biləcək şəxs olduğunu vurğuladı.  Karakılıç, Yunus Əmrənin Türk dilinin təməlini qoyan böyük bir şair və didaktik əsərləriylə iz qoyan böyük mütəfəkkir olduğunu bildirərək bu cümlələri qeyd etdi:

“Türkiyənin könül dilini yaradan və yaratdığı bu dili sənətə çevirməyə hakim  misilsiz bir dil mütəfəkkiridir. Eyni zamanda, 7 əsrdir ki, misraları dillər əzbəri olan, ilahilər şəklində bəstələnərək dəfələrlə təkrarlanan mükəmməl bir könül memarıdır. İnsanlığa; dil, dini və irqi ayrı-seçkilik etmək yerinə, insanları sevməyi tövsiyə edən Yunus Əmrə, yaşadığı dövrdən öncəsinə də hakim olan mütəfəkkir və  qəlbi bu dünyadan daha zəngin olan əvəzsiz bir şairdir.”

Tədbir Yunus Əmrənin həyat və fəaliyyətinə dair qısa çarxın nümayişindən sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun “Qorqud Folklor Ansamblı” və Muğam Cəmiyyətinin çıxışları ilə dəvam etdi.

Konsertdə Yunus Əmrənin şeirlərinə bəstələnmiş musiqilərin ifası ilə bərabər,  Yunus Əmrə qələmindən çıxan hikmətli kəlamlar və fəlsəfi şeirlər də səsləndirildi.

Diğer Etkinlikler

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının...