“Nizamidən Yunusa: Birlik İlə Baxmaq”

Yazıcı-dostu sürüm

Bakı Yunus Əmrə İnstitutu, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının şagirlərinin rol aldığı “Nizamidən Yunusa: Birlik ilə Baxmaq” adlı teatr tamaşasını Beynəlxalq Muğam Mərkəzində səhnələşdirib. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Cahit Bağcı, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəsi Növbər Fərid Veçhi, Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebiç, Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Poborski, fərqli ölkələrin nümayəndələri və azərbaycanlı millət vəkillərinin izlədiyi “Nizamidən Yunusa: Birlik ilə Baxmaq” adlı teatr tamaşasında Nizami Gəncəvinin və Yunus Əmrənin fəlsəfə və düşüncələri öz əksini tapıb.

 

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Cahit Bağcı tədbirdəki çıxışında, 2021-ci ili UNESCO-nun vəfatının 700-cü il dönümü münasibətilə “Yunus Əmrə İli”, Türkiyənin “Yunus Əmrə və Türkcə İli”, Azərbaycanın isə anadan olmasının 880-ci ili münasibətilə “Nizami Gəncəvi İli” elan etdiyini xatırladıb.

Azərbnaycan ədəbiyyatının və mədəniyyətinin ən böyük nümayəndəsi Nizami Gəncəvi ilə Türkiyə ədəbiyyatının və türkcənin böyük şairlərinin Yunus Əmrənin birlik içərisində yad edilməsinin çox böyük məna kəsb etdiyini ifadə edən Bağcı deyib:

 

“Yunusun səsi, yeddi yüz il öncədən, zamanının bütün maneələrini dəf edərək bugünə qədər gəlib çıxan bir səsdir. Bu səsdə Anadolu coğrafiyasının dadı-duzu, sularının şırıltısı, küləklərinin uğultusu, dağlarının əks-sədası vardır. Bu baxımdan, Yunus Əmrə də çağları aşan sözləriylə, şeirləriylə dünyəvi bir şairdir. Bütün insanlığı dil, din və irq ayrı-seçkiliyi etmədən, sevməyi və qucaqlamağı tövsiyə edən Yunus Əmrə yaşadığı çağdan da o yana düşünə bilən böyük bir mütəfəkkir, ürəyi dünyadan da böyük bir şair idi. Bugünki Türkiyə türkcəsinin qurucusu, Türkiyənin  könül memarı Yunus Əmrə bütün insanlığa xilas edici reseptlər təqdim edən bənzərsiz bir sənətkar, böyük bir şair, ən önəmlisi isə qəlbi və imanı sevgi ilə dolu müstəsna bir insandır.

 

2021-ci il cənab prezident Rəcəb Tayyib Ərdoğanın qərarıyla Yunus Əmrə İli və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin qərarıyla da Nizami Gəncəvi ili elan edilmişdir. Bugün bu əhəmiyyətli qərarın konkret bir şəkildə həyata keçdiyini gördüyüm üçün çox sevincliyəm.”

 

Bakı Yunus Əmrə İnstitutunun müdiri Selçuk Karakılıç isə İnstitut olaraq, Türkiyə və Azərbaycanın iki böyük dünyəvi şairini il dönümlərində yad etmək, gənc nəsillərə onların mesajlarını ötürmək və çətin günlərin yaşandığı bu zamanda yeni bir nəfəs ola bilmək üçün bu teatr tamaşasını hazırladıqlarını bildirib.

 

Karakılıç çıxışında Yunus Əmrənin Türkiyənin xaricə açılan üzünü ən yaxşı şəkildə ifadə edən şəxsiyyətlərdən olduğunu, Azərbaycan ədəbiyyatının böyük şairi Nizami Gəncəvinin də əbədi əsərləriylə dünya ədəbiyyatına yeni səs və nəfəs gətirmiş bir sənətkar olduğunu vurğulayıb.

 

Gəncəvinin sadəcə Azərbaycanın mədəni dəyərlərini deyil, yaşadığı dövrün dünyəvi dəyərlərini də sənətində istifadə edərək sintez etmiş böyük bir şair olduğunu ifadə edən Selçuk Karakılıç Yunus Əmrədə olduğu kimi, Nizami Gəncəvidə də insanlıq sevgisinin çok yüksək səviyyədə olduğunu deyib.

Diğer Etkinlikler

Azərbaycanın dövlət sənətçisi Nuriyə Hüseynovanın rəhbərliyində “Yunus Əmrə Aşiqləri” adlı konsert proqramı Beynəlxalq...

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus...

Türkiyədə 2021-ci ilin Yunus Əmrənin vəfatının 700-cü il dönümü, Azərbaycanda isə Nizami Gəncəvinin anadan olmasının...

İstiqlal Marşımızın qəbulunun 100-ci il dönümü münasibətiylə 12 mart 2021-ci il tarixində Türkiyə Cümhuriyyətinin...