Bakıda "Şah İsmayıl Konfransı"

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda,  Səfəvi hökmdarı Şah İsmayıl Xətainin ədəbi şəxsiyyəti mövzusunda konfrans keçirilib.

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Ədəbiyyat İnstitutunda baş tutan konfransa AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Türkiyənin Anadolu Universiteti Ədəbiyyat Fakültəsinin Dekanı Prof. Muhsin Macit, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Camal Yangın, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) Azərbaycan Şöbə müdiri Möhtərəm Öz, Bakı Yunus Emre İnstitutu Müdiri Dos. Dr. Cihan Özdəmir və akademiklər iştirak edib.

AMİA-nın vitse-prezidenti Prof.Hebibbeyli, Ş.İ.Xətainin qılıncı ilə olduğu kimi, qələmilə də qüdrətli şəxsiyyət olduğunu qeyd edib.

Şah İsmayılın dövründə Osmanlılarla Səfəvilər arasındakı müharibələrdən bəhs edən Hebibbeyli, Türk dünyasının tarixçilərinin tarixi şəxsiyyətləri qiymətləndirərkən obyektiv bir şəkildə hərəkət etməsinin əhəmiyyətinə diqqət çəkib.

M.Macitin uzun illər apardığı elmi tədqiqatlarının məntiqi nəticəsi olaraq ortaya çıxartdığı Şah İsmayıl Xətai Divanının tənqidi nəşrinə Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri Binali Yıldırım və Türkiyə Respublikası əvvəlki Mədəniyyət və Turizm Naziri Numan Kurtulmuşun ön söz yazdıqlarına diqqət çəkən Həbibbəyli, bunun qardaş ölkədə Şah İsmayıl Hataiyə verilən yüksək dəyərin göstərgəsi olduğunu deyib.

Əsərin çapının iki ölkə arasında elm, təhsil, ədəbiyyat, mədəniyyət əlaqələrinin gücləndirilməsinə töhfə verəcəyini deyib, nəşrin Azərbaycan alimlərinin gələcək tədqiqatları üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

Sonra Bakı Yunus Emre İnstitutunun direktoru Dos. Dr. Cihan Özdəmir çıxış edərək, tarixdəki siyasi və hərbi əlaqələrin, dövrün şərtləri içərisində obyektiv şəkildə qiymətləndirilməsinə ehtiyac olduğunu vurğulayaraq, "Şah İsmayıl böyük türk hökmdarıdır. Onun hakimiyyəti dövründə böyük işlər görülmüşdür. O, həqiqətən, ədəbiyyatın qayğısına qalan, elmə dəyər verən bir şəxs idi” deyib.

Şah İsmayılın şeirlərinin yer aldığı və elmi metodlara uyğun olaraq hazırlanan Xətayi Divanı adlı əsərin müəllifi Prof. Macit isə Türkiyədə və xaricdə araşdırdığı Şah İsmayıl yazmaları haqqında ətraflı məlumat verib.

Şah İsmayılın xüsusiyyətlərindən birinin, əsərlərinin dövrün məşhur xəttatları tərəfindən kopyalanması olduğunu qeyd edən Macit,  bu əsərləri kopyalayan xəttatların eyni zamanda Anadoluda nestaliq xəttatlığın yayılmasına xidmət göstərdiyini bildirib. Macit, həm kitab həm də şeir sənəti baxımından Şah İsmayılın şeirləri ilə Anadolunun şeir və sənət sahəsi arasında əhəmiyyətli əlaqələr olduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Porf. Məhərrəm Qasımlı, f.e.d Əlizadə Əsgərli, Prof. Paşa Kərimov, f.e.d. Ataəmi Mirzəyev, Prof. İmamverdi Həmidov və f.f.d.Zəkulla Bayramlı çıxış ediblər.