Bakıda "Mədəni diplomatiya anlayışı və Türkiyənin mədəni diplomatiyasında TİKA və Yunus Emre İnstitutunun rolları" paneli

Yazıcı-dostu sürüm

Azərbaycanın paytaxtı Bakıda, "Mədəni diplomatiya anlayışı və Türkiyənin mədəni diplomatiyasında TİKA və Yunus Emre İnstitutunun rolları" mövzulu panel təşkil edilib.

ADA Universitetində reallaşan paneldə Türkiyənin Bakıdakı Fözqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, KKTC Bakı nümayəndəsi Ufuk Turganer, ADA Universiteti prorektoru Fariz İsmailzadə, Bakı Yunus Emre İnstitutu direktoru Cihan Özdəmir, TİKA Bakı koordinatoru Teoman Tiryaki, millət vəkilləri və akademiklər iştirak edib.

Türk xarici siyasətinin prioritetlərindən bəhs edən Özoral, "Xarici siyasətimizin təməl prinsipi yurdda sülh, dünyada sülhdür. Gərək siyasi gərək iqtisadi mənada gücümüzün çatdığı ölçüdə təşəbbüskar və insani yanaşmanı mərkəzə alaraq xarici siyasətimizi davam etdiririk. Xarici politikamızda bütün məsələlərə məsuliyyət sahibi, insan mərkəzli və vicdani yanaşılır, təşəbbüslərimizin sülh və sabitliyin davamlı inkişafını dəstəkləyəcək şəkildə həyata keçirilməsinə xüsusi diqqət yetiririk.. " deyib

ADA Universiteti prorektoru İsmailzadə, mədəni diplomatiyaya və Türk mütəxəssislərin bu sahədəki təcrübəsinə böyük əhəmiyyət verdiklərini ifadə edib.

TİKA və Yunus Emre İnstitutunun Türkiyənin xarici siyasətində qabaqcıl gücləri olduğunu, Türkiyənin mədəni diplomatiyada aktiv rol oynadığını ifadə edən İsmailzadə, bu təcrübədən faydalancaqlarını qeyd edib.

Bakı Yunus Emre İnstitutu Direktoru Özdemir və TİKA-nın Bakı Koordinatoru Tiryaki qurumları haqqında məlumat verdikdən sonra, Türk akademiklər də təqdimatla çıxış ediblər.