Bakıda əl sənətləri kursları tələbələrinin əsərləri nümayiş etdirildi

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu və Bursa Böyükşəhər Bələdiyyəsi Sənət və Məslək Təlimi Kurslarının (BUSMEK) birgə əməkdaşlığı ilə 2018-ci ilinin payız dönəmindən etibarən İnstitutda verilən ebru, çini və tezhib kurslarını bitirən tələbələrin sərgisi açıldı.

Azərbaycanın paytaxtı Bakıda Yunus Emre İnstitutu və Bursa Böyükşəhər Bələdiyyəsi Sənət və Məslək Təlimi Kursları (BUSMEK) tərəfindən təşkil olunan ebru, tezhib və çini sərgisinin açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, tələbələr və çox sayda dəvətli iştirak etdi.

Bakı Yunus Emre İnstitutunda təşkil olunan proqramda səfir Özoral çıxışında bildirdi ki, “Ənənəvi əsərlərin gələcək nəsillərə ötürülməsi mədəniyyətin yaşadılması deməkdir.”

Mədəniyyət və ənənələrin yaşadılaraq yeni nəsillərlə paylaşılması mövzusunda Türkiyədə son illərdə çox önəmli addımlar atıldığını bildirən Özoral tezhib, çini və ebru sənətinə də marağın artdığını qeyd etdi. Özoral “Keçmişdən gələcəyə körpü qurub mədəniyyətimizin incilərini gələcək nəsillərə ötürmək çox mühüm bir işdir. Bunu Bakıda yaşatdığı üçün Yunus Emre İnstitutuna və BUSMEK-ə təşəkkür edirik.”, deyə ifadə etdi.

Sərginin açıq elan edilməsindən öncə kursları müvəffəqiyyətlə tamamlayan tələbələrə sertifikat təqdim olundu.

Sərgidə tələbələrin 56 ebru, 25 tezhib və 20 çini əsəri nümayiş etdirildi.

Qeyd etmək lazımdır ki, Bakı Yunus Emre İnstitutunda 8 ay boyunca kurslara gələn tələbələrə 208 saat ebru və tezhib, 104 saat çini dərsi verilib.