Bakı Yunus Emre İnstitutu-də “Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri” kitabı təqdim edildi.

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə filologiya elmləri üzrə fəlsəfə doktoru Elçin İbrahimovun "Azərbaycan Xalq Cümhuriyyəti: Dil Məsələləri" kitabının təqdimatı keçirilib.

İyunun 14-də keçirilən təqdimatda əvvəlcə çıxış edən İnstitutun direktoru dosent Cihan Özdemir kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verərək bildirib ki, Azərbayan Xalq Cümhuriyyətinin 100 illiyi bağlı rəhbərlik etdiyi qurum bir çox tədbirlər keçirib. Bu tədbirlərin ilboyu keçirilməsi nəzərdə tutulduğunu deyib.

Kitabın elmi redaktoru, akademik Kamal Abdullayev kitabın əhəmiyyətinə istinadən “Bir dəfə danışdığın dil heç zaman unudulmaz!” deyərək Elçin İbrahimovun kitabının Azərbaycan Xalq Cümhuriyyəti dövrünü və bu dövrün dili ilə nəinki danışan, hətta yaşayan böyük şəxsiyyətlərin hissini, duyğularını bizə yaxın etdiyini və oxucunun da bu kitabı layiqincə qiymətləndirəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Çıxış edənlərdən Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, professorlar Adil Babayev, Solmaz Rüstəmova-Tohidi, "Hədəf" Şirkətlər Qrupunun direktoru dosent Şəmil Sadiq, Nehrəm Xeyriyyə Cəmiyyəti İctiami Birliyinin sədri Vahid Bayramov və digərləri Elçin İbrahimovun kitabı haqqında fikirlərini bölüşüblər.