“3-cü Türk Dünyasının Ortaq Dili - Naxışlar" Bakıda Müzakirə Olunub.

Yazıcı-dostu sürüm

Bakıda "3-cü Türk Dünyasının Ortaq Dili - naxışlar" mövzusunda beynəlxalq simpozium keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Bakı Yunus Emre İnstitutu, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə təşkil etdiyi "3. Türk Dünyasının Ortaq Dili - naxışlar" mövzulu beynəlxalq simpoziumun açılış mərasimi 25 oktyabr 2018-ci il tarixində tarixində həyata keçirilib.

Azərbaycan Xalça Muzeyində təşkil olunan proqramda çıxış edən Azərbaycan Xalça Muzeyinin Müdiri Şirin Məlikova, "Ölkəmizdə bu il üçüncüsü təşkil edilən simpoziumun coğrafiyası olduqca genişdir. Simpoziumda türkdilli ölkələrlə yanaşı, bir sıra digər ölkələrdən də aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər. 22 ölkədən gələn sənətşünaslar, xalça rəssamlar və moda sahəsində fəaliyyət göstərən mütəxəssislər də simpoziumun işlərinə əhəmiyyətli töhfə verəcək" deyib.

Simpoziumun məqsədinin, Türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması istiqamətində həyata keçirilən işləri daha da genişləndirmək olduğuna diqqət çəkən Şirin Məlikova, "Keçə sənətində kəsişmə nöqtələri" başlıqlı simpozium çərçivəsində təşkil edilən "Keçə Sənəti Müasir mədəniyyət" və "Ənənəvi Keçə Sənəti" adlı sərgilər haqqında da məlumatlar verib.

Bakı Yunus Emre İnstitutu tərəfindən dəvət edilən Türkiyəli xalça mütəxəssisləri Dr. Zübeyde Cihan Özsayıner və Qazi Universitetinin müəllimi Dr. Nuran Say isə simpoziuma Türkiyənin keçə sənəti ilə əlaqədar məruzələrlə qatılıblar.

İştirakçılar simpozium çərçivəsində təqdim etdikləri məruzələrdə, təşkil olunan beynəlxalq simpoziumun ölkələr arasında qarşılıqlı iş birliyinin meydana gəlməsində əhəmiyyətli rol oyandığını vurğulayıblar.