"20-ci əsr Türkiyəsində ədəbiyyat tədrisi və Türk dünyası" konfransı

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun 2020-ci il üçün planladığı elmi tədbirlər çərçivəsində Türkologiya konfransları silsiləsinin ilkini həyata keçirtmək üçün Bakıya gələn Prof. Nazım Hikmət Polat 18 fevral 2020-ci il tarixində "20-ci əsr Türkiyəsində ədəbiyyat tədrisi və Türk dünyası" mövzusunda konfrans verib. Konfrans Bakı Avrasya Universiteti və Xəzər Universitetinin Türkologiya ixtisası üzrə təhsil alan tələbələrinin və müəllimlərinin iştirakı ilə keçirilib.

Türkcənin dünəni, bugünü və sabahı üzərində geniş bir müzakirə aparan Nazım Hikmət Polad, Azərbaycan ilə Türkiyə arasındakı ən güclü bağın ortaq türkcəyə əsaslandığını ifadə edib. Türk dünyası ədəbiyyatının təsnifatınının ilk dəfə 1912-ci ildə azərbaycanlı Fərhad Ağayev tərəfindən hazırlandığına diqqət çəkən Polat, o vaxta qədər Osmanlıda Türk Dili və Ədəbiyyatı anlayışının Osmanlı ədəbiyyatı və dili olduğunu söyləyib.

Prof. Nazım Hikmət Polad, "20-ci əsr Türkiyəsində ədəbiyyat tədrisi və Türk dünyası" mövzusu ilə əlaqədar məlumatlar verdiyi konfransın sonunda iştirakçıların suallarını cavablandırıb.

Bakı Yunus Emre İnstitutunun "Türkiyə və Türkoloji konfransları" başlığı ilə tədbirlər silsiləsi il ərzində davam edəcək.