Bakıda “Milli mücadilə və ədəbiyyat”

Yazıcı-dostu sürüm

İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Bakı Yunus Əmrə İnstitutu, Türk Dil Qurumu və Qafqaz Universitetləri Birliyinin (KÜNİB) birgə təşkilatçılığı ilə “Türk dünyasında milli mücadilə və ədəbiyyat” mövzusunda simpozium öz işinə başlayıb.

Tədbiri AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli açaraq Türkiyə ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətlərinin inkişafından danışıb. İsa Həbibbəyli bu cür tədbirlərin təşkilini ölkələrimiz arasındakı milli mücadilə tarixinə bir töhfə kimi qiymətləndirib.

Daha sonra Bakı Yunus Emrə İnstitutunun direktoru Dos. Cihan Özdemir Milli mücadilənin 100 illiyinə töhfə olaraq belə bir tədbirin keçirilməsi üçün təşkilatçılara təşəkkür edib. Türk qurumlarının Azərbaycanda keçən il çoxlu sayıda tədbirlər həyata keçirdiklərini söyləyib. Özdəmir, Türkiyə ilə yanaşı digər Türk Cümhuriyyətlərinin də Milli Mübarizə ilə eyni dönəmdə ciddi mübarizə apardıqlarını ifadə edib.

Türk Dil Qurumunun başqan yardımcısı Feyzi Ersoy “Çin, alman, monqol və başqa xalqların tarixi türk tarixindən bəhs edilmədən yazıla bilməz. Böyük millətlərin hafizələri də böyük olur, öna görə də bir tariximizi unutmamalıyıq, deyib.

Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov simpoziumda “Azərbaycan poeziyasında milli istiqlal mücadiləsi” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, milli mücadilə həm Azərbaycan, həm də Türkiyə ədəbiyyatında geniş əks olunub. Bir məsələyə də xüsusi diqqət etmək lazımdır ki, mətbuatın o qədər də hakim olmadığı bir dönəmdə ədəbiyyat, xüsusən də poeziya mücadilədə çox böyük rol oynayıb. Bu işdə ozamankı gənc şairlərdən M.Ə.Yurdaqul, Ə.Cavad, C.Cabbarlı, Ümmulgülsüm, A.Şaiq daha fəal idilər. Onlar həmçinin Qafqaz İslam Ordusuna çoxlu milli ruhlu şeirlər həsr ediblər.

Daha sonra simpoziuma məruzə ilə qatılan iştirakçılarının bölmə iclaslarında məruzələri dinlənilib.