Azərbaycan-Türkiyə Xalq Rəqsləri Nümayişi

Yazıcı-dostu sürüm

Novruz bayrami münasibətilə Bakı Yunus Emre İnstitutu, TİKA Bakı Proqram Koordinatorluğu, MÜSİAD Azərbaycan Təmsilciliyi, Türkiyə Cümhuriyyətinin Atatürk Universiteti və M. Maqomayev adına Azerbaycan Akademik Dövlət Filarmoniyasının birgə təşəbbüsü ilə 19 mart 2019-cu il tarixində “Azərbaycan-Türkiyə Xalq Rəqsləri” nümayiş edilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Tiyatrosunda təşkil olunan proqrama Bakı YEE müdiri Dos. Cihan Özdemir, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Türkiyənin Azərbaycandakı Səfirliyinin müşavirləri və çoxlu sayda dəvətli qatılıb.

Bakı YEE müdiri Dos. Cihan Özdemir, “Novruz bayramının Türk dünyasının ən qədim bayramı olduğunu bu vəsiləylə Türkiyə və Azərbaycan xalq rəqsləri topluluğunun eyni səhnədə bir araya gətirildiyini” deyib.

TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki də Novruzun Türk dünyasının sembol bayramlarından olduğunu və bir zamanlar Sovyetler İmperiyasının tərkibində olan Türk dilli xalqların bütün təzyiqlərə baxmayaraq öz milli mədəniyyətini və ənənələrini qoruyub saxladığını qeyd edib.

MÜSIAD Azərbaycan Idarə Heyətinin üzvü Hüseyib Yapar isə Novruzu birlik, bərabərlik və sevginin təzahürü olaraq qiymətləndirib. Yapar, türk millətinin olduğu hər yerdə qeyd olunan Novruzun yenidən oyanışın hekayəsi olduğunu bildirib.

 Çıxışların ardınca rəqs nümayişləri ilə davam edən proqram, AÜ xalq uyunu topluluğu başbar, koçeri, uzundərə, səkmə və xəncər barı kimi xalq oyunlarını icra ediblər. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı ise Azərbaycan suitası, cəngi, ənzəli, uzundərə xalq oyunları ilə iştirak ediblər.

Xalq rəqsləri nümayişi hər iki qrubun birlikdə icra etdikləri "Azərbaycan-Türkiyə qardaşlıq rəqsi " ilə başa çatıb.