"Zülmətdən doğan işıq" adlı bədii-sənədli film Bakıda nümayiş etdirildi

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu tərəfindən Azərbaycan Yazıçılar Birliyi və Türk Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin (İLESAM) təşkilati dəstəyi ilə “Zülmətdən doğan işıq” adlı bədii-sənədli filmin təqdimatı keçirilib.

ARB “Aranfilm” Yaradıcılıq Mərkəzi tərəfindən bu il Azərbaycanın görkəmli dramaturqu Cəfər Cabbarlının 120 illik yubileyinin tamam olması münasibətilə istehsal olunan və ilk nümayişi Xızı rayon Heydər Əliyev Mərkəzində olan film 12 mart tarixində Bakı Yunus Emre İnstitutunda nümayiş olunub.

C.Cabbarlının Rusiya İmperasiyasında və sovet dönəmində, Azərbaycan Cümhuriyyətində ədəbi və siyasi proseslərdə fəal iştirakından bəhs olunan filmin rejissorluğunu, eyni zamanda ssenari müəllifi olan Babək Abbaszadə edib.

Çəkilişləri Xızı rayonunda və Bakı şəhərində həyata keçirilən filmdə Cəfər Cabbarlı rolunda Sumqayıt Dövlət Teatrının aktyoru Şəmistan Süleymanlı çəkilib.