Təsəvvüf Ənənəsində Seyid Yəhya Şirvani Bakuvi

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu və Azərbaycan Milli Dəyərlərin Təbliği Fondunun birgə əməkdaşlığı ilə Azərbaycanın paytaxtı Bakıda “Təsəvvüf Ənənəsində Seyid Yəhya Şirvani Bakuvi” adlı panel və “Türk Təsəvvüf Musiqisi” adlı konsert proqramı təşkil olunub.

Azərbaycan Dillər Universitetində (ADU) 28 yanvar tarixində həyata keçirilən paneldə Yunus Emre İnstitutunun prezidenti Prof. Şərəf Atəş, ADU-nun rektoru  Akademik Kamal Abdulla, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin 1-ci muavini Səyyad Salahlı, Azərbaycan Milli Məclisinin deputatları Hikmət Babaoğlu, Qənirə Paşayeva, Sona Əliyeva, elm xadimləri və tələbələr iştirak ediblər.

Proqram haqqında fikir bildirən İnstitut prezidenti Şərəf Atəş  Anadolu irfanı deyə adlandırılan mənəvi dəyərlərin yayılması üçün bir məktəb olan Seyid Yəhya Şirvaninin həm Azərbaycan, həm də Anadoluda əhəmiyyətli bir yerə sahib olduğunu qeyd edib. Atəş bildirib ki, “Bir millət, iki dövlət” ifadəsini tətbiq edərək də göstərməliyik. Məqsədimiz Əhməd Yəsəvi və məktəbinin gətirdiyi və bugün qismən unudulmuş olan bu dəyəri, onun fəlsəfəsini və düşüncələrini gündəmə gətirmək, Türkiyədə tanıtmaq və Türkiyə ilə yenidən bir bağ qurmaqdır”.

Panelin davamında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Türk Təsəvvüf Musiqisi Vəqfi İstanbul Tarixi Türk Musiqisi qrupu tərəfindən konsert proqramı həyata keçirilib.

Konsert proqramında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şimali Kipr Türk Cumhuriyyətinin Bakı təmsilçisi Ufuk Turganer, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və bir çox dəvətli iştirak edib.

Bakıda başlayan panel və konsert proqramı 29 yanvar 2019-cu il tarixində Azərbaycanın Şamaxı şəhərində təşkil olunub. Şamaxı Rayonu Təhsil və Mədəniyyət mərkəzində baş tutan panel və konsert proqramına Şamaxı Rayon İcra Başçısının muavini Qasım Qasımlı, Azərbaycan Milli Dəyərlərin Təbliği Fondunun müdir muavini Ceyhun Əliyev, Bakı Yunus Emre İnstitutunun Müdiri Doç. Cihan Özdemir, elm xadimləri və tələbələr iştirak ediblər.