TEXNOFEST 2019 texnologiya yarışlarının qeydiyyat müddəti uzadıldı!

Yazıcı-dostu sürüm

TEKNOFEST 2019 Texnologiya yarışmasına qeydiyyatlar başladı.

Süni intellekt uçan maşına; avtonom sistemlərdən kosmik texnologiyalara qədər bir çox fərqli sahədən ibarət ümumilikdə 2 milyon tl məbləğində olan yarışlar üçün son qeydiyyat tarixi 28 fevral 2019-cu il nəzərdə tutulmuşdur.  Ölkə xaricindən yarışda iştirak etmək istəyənlər üçün qeydiyyat tarixi 31 mart 2019-cu il tarixinə qədər uzadıldı.

İlk dəfə keçən il təşkil olunan və 550 mindən çox ziyarətçisi və 14 fərqli texnologiya yarışında yarışan 700 komanda ilə dünyanın ən böyük 2-ci hava festivalı olan TEXNOFEST Hava, Kosmos və Texnologiya Festivalı üçün geri sayım başladı. Sentyabr ayında Türkiyənin ayaqlarını yerdən kəsən TEXNOFEST həyəcanı yenidən başlayır.

Türkiyənin texnologiya istehsal edən bi cəmiyyətə çevrilməsini hədəfləyən və Milli Texnologiya Həmləsi sloqanı ilə yola çıxan TEXNOFEST Türkiyə Texnologiya Komandası Vəqfi, Sənaye və Texnologiya Nazirliyi, İstanbul Böyükşəhər Bələdiyyəsi və Türkiyənin qabaqcıl texnologiya şirkətləri, ictimai quruluşlar və universitetlərin dəstəkləriylə həyata keçirilir.

Cəmiyyətin hər sahəsində texnologiya və elm mövzusunda fərqindəlik yaratmağı, Türkiyənin elm və mühəndislik sahələrində mütəxəssisləşmiş insan qaynağı artırmağı hədəfləyən TEXNOFEST çərçivəsində gənclərin gələcəyin texnologiyaları üzərində fəaliyyətlərini dəstəkləmək üçün 15 fərqli kateqoriyada texnologiya yarışları təşkil edilir.

TEXNOFEST 2019 çərçivəsində təşkil olunacaq yarışmalar aşağıdakılardır:

İbtidai, orta təhsil və üzəri üçün:

  • Smart məkanlar Hackathon yarışı
  • Bəşəriyyətin faydası texnologiyalar yarışı
  • Uçan maşın dizayn yarışı

Lisey, universitet və üzəri üçün:

  • İnsansız sualtı sistemlər yarışı
  • Roket yarışı
  • Robot fəth 1453 yarışı
  • Robot yarışları
  • Savaşan insansız hava vasitəsi yarışı
  • Süni intellekt

Universitet və üzəri üçün:

  • Efficiency Challenge / Robotaksi yarışı
  • İnsansız hava vasitəsi yarışı
  • Model peyk yarışı
  • Mini jet radial kompressor dizayn yarışı
  • Turbofan motor dizayn yarışı
  • Qruplaşdırılmış İHV simulyasiya yarışı

Qalib olan komandaları ümumilikdə 2 milyon tl-dən yüksək bir dəyərdə bir mükafat gözləyir. Yarışan komandalara 2 milyon tl-dən yüksək mükafatlarlarla yanaşı vəsait, qonaqlamaq və nəqliyyat dəstəyi də veriləcəkdir.

TEXNOFEST ilk ilində sadəcə Türkiyənin deyil, bölgənin də n önəmli hava və texnologiya fəaliyyəti olmağı bacardı. Ötən il TEXNOFEST-in yarışçıları arasında 25 ölkədən drone yarışçıları, 24 ölkədən ağ papaqlı hackerlər və 83 ölkədən texnologiya təşəbbüskarları da yer almışdı. Bu il də xarici komandaların TEXNOFEST çərçivəsində yarışlara qeydiyyatı qəbul edilir.

https://www.teknofestistanbul.org  saytından TEXNOFEST-in texnologiya yarışları haqqında ətraflı məlumat ala bilər, 28 fevral 2019-cu il tarixinə qədər qeydiyyatdan keçə bilərsiniz.

TEXNOFEST Təşkilat Komitəsi

Türkiyə Texnologiya Komandası Vəqfi

Əlaqə: +90 212 501 94 34 | +90 507 207 06 86 | iletisim@teknofestistanbul.org