Nazir Ziya Səlçuk Yunus Emre İnstitutunda

Yazıcı-dostu sürüm

Türkiyə Cümhuriyyətinin Təhsil Naziri Prof. Ziya Səlçuk, rəsmi görüşlər aparmaq üçün gəldiyi Azərbaycanda Bakı Yunus Emre İnstitutunu da ziyarət edib.

Nümayəndə heyəti ilə 11 oktyabr 2019-cu il tarixində edilən səfər çərçivəsində Nazir Səlçuka İnstitut tərəfindən həyata keçirilən Türk dili tədrisi, Türkologiya layihəsi və mədəniyyət və sənət yönümlü fəaliyyətlər haqqında məlumat verilib.

Nazir Səlçuk Bakı Yunus Emre İnstitutunda olmaqdan duyduğu məmnuniyyəti dilə gətirərək "İnstitutun bütün işçilərinə təşəkkürümü bildirir, gələcək fəaliyyətlərində uğurlar diləyirəm" deyib.