Nazir Abdulhəmit Gül Bakı Yunus Emre İnstitutunu ziyarət edib

Yazıcı-dostu sürüm

Rəsmi görüşlər üçün Azərbaycanın paytaxtı Bakıya gedən Ədliyyə Naziri Abdulhəmit Gül, Bakı Yunus Emre İnstitutunu  ziyarət edib.

3 aprel 2018-ci il tarixində heyətlə etdiyi ziyarət çərçivəsində Nazir Gülə İnstitutun işgüzar fəaliyyətləri haqqında ətraflı məlumat verilib. İnstitutun iş icrasına daxil olan  Türkcə təhsili, Türkologiya layihəsi, mədəniyyət və sənət yönümlü fəaliyyətləri haqqında verilən  məruzədən sonra  Cənab Nazir Abdulhəmit Gül, "Yunus Emre İnstitutunun dünyadakı mədəniyyətimizi və sənətimizi təbliğ etmək üçün həyata keçirtdiyi işlərlə qürur duyuruq" ifadələrini vurğulayıb.

Osmanlıca və Türkiyə türkcəsi siniflərini də ziyarət edən nazir Gül, tələbələrlə də bir müddət söhbət edib.