Göbəklitəpə sərgisi Gəncədə

Yazıcı-dostu sürüm

2019 Göbəklitəpə ili fəaliyyətləri çərçivəsində, 12 min illik tarixi olan dünyanın ilk məşhur məbədi Göbəklitəpə, Azərbaycanın Gəncə şəhərində təşkil olunan bir sərgi ilə tanıdılıb.

Türkiyənin Gəncə Başkonsolosluğu və Bakı Yunus Emre İnstitutunun birgə təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə 13 noyabr 2019-cu il tarixində təşkil edilən sərgiyə Gəncəlilər böyük maraq göstərib.

UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan, bəşər tarixinin sıfır nöqtəsi olan ən qədim ibadət yeri Göbeklitepe sərgisinin açılışı Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində olub.

Göbəklitəpənin kəşf olunmasından bu günümüzə qədər olan tarixi səyahətini izah edən sərgi 23 dekabr bazar ertəsi gününə qədər ziyarətçilər üçün açıq olacaq.