Bakıda “Türk Milli Mədəniyyətinin Qaynaqları” haqqında danışılır.

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu “Türk Milli Mədəniyyətinin Qaynaqları” adlı konfranslar silsiləsinə başladı. İlk konfrans Azərbaycanlı tarixçi və yazıçı Əkbər Nəcəfin “Nağıldan ağıla: Türk zehniyyətinin tarixi görüntüsü” adlı təqdimatı ilə həyata keçirildi.

7 aprel 2018-ci il tarixində İnstitutun binasında elm xadimləri, ədəbiyyatçılar və çox sayda tələbənin iştirakıyla baş tutan konfransda Əkbər Nəcəf Türk millətinin həyata, kainata və insana dair dünyagörüşündə baş verən dəyişikliklərdən tarixi prosesdə mövcud olan nümunələrlə bəhs etdi.

Bakı Yunus Emre İnstitutunda “Türk Milli Mədəniyyətinin Qaynaqları” adı altında il boyu keçiriləck tədbirlərdə; mədəniyyətin mənşəyi haqqında ümumi nəzəriyyələr, çöl mədəniyyətinin xüsusiyyətləri, türklərdə sosial həyat, göytürk, uyğur və qaraxanlılar dönəmi türk fikir və düşüncə həyatı, səlcuqlardan Osmanlıya fütuhat qavramı və türk cahan hakimiyyəti məfkurəsinin əsasları, türklərdə dövlət, ordu və təşkilat mədəniyyəti; gənc və xaqan, orta çağ türk dövlətlərində torpaq və mülkiyyət məsələsi, səlcuqlarda gildiyalar, vəqflər, dürüşşəfalar və karvansaraylar, əski türklərdə fəlsəfə və din, Fərabinin fəlsəfəylə dini uyğunlaşdırma sahəsində açdığı cığır; hənəfilik, matrudilik və yəsəvilik kimi ortaq mədəni dəyərlərimiz haqqında danışılacaq və “iki dövlət, bir millət” şüarınn möhkəm təməllərə əsaslanan bir həqiqət olduğu vurğulanmaya çalışılacaqdır.