Bakıda “Milli mübarizə və qəhrəmanlıq” adlı şeir gecəsi

Yazıcı-dostu sürüm

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün öndərliyində həyata keçirilən Qurtuluş Mübarizəsinin 100. ci ildönümü münasibətilə Bakıda "Milli Mübarizə və Qəhrəmanlıq" adlı şeir gecəsi təşkil edilib.

tədbir Bakı Yunus Əmrə İnstitutu, Türkiyənin Bakıdakı Təhsil Müşavirliyi, Türk Dünyası Bakı Atatürk Liseyi, və Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin birgə təşəbbüsü ilə aprelin 29-da reallaşıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Bakı Türk Anadolu Liseyinin Uşaq Xor grubu tərəfindən əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Milli Mübarizənin başlamasının üzərindən 100 il keçdiyini xatırladaraq danışmasına başlayan Bakı Yunus Əmrə İnstitutunun direktoru Dos. Cihan Özdəmir, Türkiyə tarixindəki bu əhəmiyyətli hadisənin xatırlanmasının əhəmiyyətinə toxunub. Türkiyə-Azərbaycan qardaşlığını, tələbələrin qarşılıqlı səsləndirəcəyi şeirlər vasitəsiylə səhnəyə əks etdirməyi məqsəd qoyduqlarını ifadə edən Cihan Özdəmir, Türk məktəblərinin öz aralarında qaynayıb qarışmasıyla yanaşı İnstitut ilə olan əlaqələrinin də inkişaf etdirməsinə kömək edəcəyini bildirib.

Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşaviri Mahmud Agirman isə Qazi Mustafa Kamal Atatürkün Samsuna çıxışı və Milli Mübarizə haqqında bəhs etdiyi çıxışında tarixi gerçəklərin bilinməsinin və xatırlanmasının əhəmiyyətinə toxunub. Vətən anlayışını vurğulayaraq, şagirdlərə Vətən birliyini və bütövlüyünü qorumaq üçün tövsiyə edib.

Proqram, şagirdlərin şeir və musiqi ifaları ilə davam edib: Əhməd Cavadın "Susmaram", Bəxtiyar Vahapzadənin "Vətən Marşı", Xəlil Rıza Ulutürkün "Silahlan", Mağcan Cumabay'ın "Uzaqdakı Qardaşıma", Mehmet Akif Ersoyun "Ati'yi Qaranlıq Görərək Əzmi Buraxmaq", Necip Fazıl Kısakürekin "Sakarya Türküsü" şeirləri səsləndirilib.

Bakı Türk Anadolu Liseyinin müdir muavini və musiqi müəllimi Serkan Un (Klaviatura), Talip Keleş (vokalist), Fatih Gök (bağlama) "Yəmən Türküsü", Zafər Bismillah və “Mehter Marşı” ilə tamaşaçılara unikal musiqi zövqü təqdim edib. Şagirdlər tərəfindən ifa olunan "Gündoğdu Marşı" və "Çırpınırdı Qara dəniz" mahnısı isə qonaqlardan böyük alqış alıb. Qonaqlar, əllərində Azərbaycan və Türkiyə bayraqları ilə marşlara yoldaşlıq edib.