Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə azərbaycanlı rəssam Soltan Soltanlının "İrrealizm"adlı fərdi sərgisi açılıb.

Yazıcı-dostu sürüm

Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə  institutun sərgi salonunda tanınmış rəssam, Rəssamlar İttifaqının üzvü Soltan Soltanlının “İrrealizm” adlı fərdi sərgisinin açılışı olub.  Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri cənab Erkan Özoral, Latviyanın səfiri, xarici diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərginin müəllifi Soltan Soltanlı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edərək irrealizm üslubunun çağdaş rəssamlıqda bədii-estetik prinsipləri, tələbləri haqqında məlumat verib. Onun söylədiyinə görə, irrealizm təsviri sənətdə yeni üslubdur, “irreal” – gerçək olmayan deməkdir və fantaziyalara əsaslanan yaradıcılığı xarakterizə edir. Müəllif bildirib ki, irrealizmin başlıca tələbi qeyri-reallığı inandırıcı, məntiqli, fəlsəfi, aydın və sadə çəkməkdir. O da həmin üslubun tələblərinə əməl edərək sənətin əbədi mövzularına baş vurmağa, tamaşaçıları düşünməyə və düşündürməyə çalışıb.

Açılışda Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdəmir çıxışında Azərbaycan mədəniyyəti və mədəniyyətinin təbliği üçün səy göstərdiklərini və Azərbaycanda Türk mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə görülən işlər barədə danışıb.

Mətbuat mənsublarının sərgi ilə bağlı qiymətləndirmələrində iştirak edən səfir Özoral, Soltanlı'nın əsərlərinin insanlara rəng, naxış və məna ilə dərindən düşünmək üçün ilham verdiyini qeyd edib.

Təxminən 50 əsərdən ibarət sərgi 23 fevral tarixinə qədər açıq olacaq.