Azərbaycan Dillər Üniversitetində Cemal Sürəya müzakirə olunub.

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun aylıq olaraq təşkil etdiyi ədəbiyyat konfranslarının üçüncüsü “Cemal Süreya Sənə Gedən Yollar Bağlı” başlığı altında 4 oktyabr 2018-ci il tarixində Azərbaycan Dillər Universitetində həyata keçirilib.

Cümhuriyyət dövrünün 2-ci yeni axımına mənsub ədəbiyyatçımız Camal Süreyanın həyatı və şeir anlayışının paylaşıldığı konfransda Bakı Yunus Emre İnstitutunun Müdriri Dos.Dr. Cihan Özdəmir, Azərbaycan Dillər Universitetinin prorektoru Serraf Hüseynov və Filologiya fakültəsinin tələbələri iştirak ediblər.

Azərbaycan Dillər Universitetinin prorektoru Sərraf Hüseynov çıxışında, Türkiyə ədəbiyyatının görkəmli şairi Cemal Süreyanın Universitetin filologiya fakültəsinin tələbələri ilə buluşturulmasına böyük əhəmiyyət verdiklərini və bu cür ədəbiyyat söhbətlərinin təkrarlanmasını arzu etdiklərini söyləyib.

Bakı YEE Müdiri Dos. Dr. Cihan Özdemir, Azərbaycan və Türkiyə ədəbiyyatının dəyərli şəxsiyyətlərini tanıtmaq, ümumiyyətlə şairlərin cəmiyyətə tanıdılması və iki ölkə arasındakı mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə bu cür konfransların keçirilməsinin vacibliyini vurğulayıb.

Cemal Sürəyanın müzakirə edildiyi konfransda şair, yazıçı və tərcüməçi Qismet Rüstəmov tərəfindən, Sürəyanın həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Həmçinin şair Rüstəmov Cemal Sürəyanın ən sevilən şeirlərini tələbələrlə paylaşıb.

Konfrans iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.