Mədəniyyət və Diplomatiya

Mədəniyyət və Diplomatiya

Yazıcı-dostu sürüm

ÖN SÖZ

Yunus Emre İnstitutu, 2009-cu ildən etibarən dünyanın böyük şəhərlərində Türk Mədəniyyət Mərkəzləri açaraq mədəni, linqvistik və elmi diplomatiya işlərini icra edir. Türkiyənin əsrlər içində əldə etdiyi prestij mədəniyyət, heç şübhəsiz Yunus Emre İnstitutunun fəaliyyətlərinə bələdçi olmaqdadır. Bu gün  etibariylə Amerika, Almaniya, Avstriya, Albaniya, Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Cəzayir, Gürcüstan, Fransa, Mərakeş, Hollandiya, İngiltərə, İran, İtaliya, Yaponiya, Çernoqoriya, Qazaxıstan, Qatar, KKTC, Kosovo, Livan, Macarıstan, Misir Makedoniya, Malayziya, Liviya, Moldova, Pakistan, Polşa, Rumıniya, Rusiya, Serbiya, Seneqal, Somali Sudan, İordaniya və Ukraynada fəaliyyət göstərən əlli dörd (54) Yunus Emre İnstitutu elmi və mədəni diplomatiya vasitəsi ilə xaricdə müsbət bir Türkiyə alğısı meydana gətirməyə çalışır.

Türkiyənin beynəlxalq arenada tanınmasını və etibarlılığını artırmaq kimi böyük bir məsuliyyəti boynuna götürən Yunus Emre İnstitutu, dünyanın hər yerində Türkiyə ilə əlaqə quran və Türkiyəyə dost olan insan sayını çoxaltmaq üçün işlərini davam etdirir. Mərkəzlərimizin fəaliyyətdə olduğu ölkələrin seçilmiş elm, sənət və mədəniyyət adamlarıyla bir yerdə olmaq, onlara müasir Türkiyənin imkan və fürsətlərini izah etmək əsl vəzifələrimizdən biridir. İctimaiyyətlə birgə hərəkət etməyin və dialoq qurmağın yollarının hər zaman açıq tutulmasının, ziyalılar arasında qarşılıqlı əlaqə və ortaq işçi qruplarının yaradılmasının yalnız elmi-mədəni araşdırmalar vasitəsilə mümkünlüyünə inanırıq.

Türkiyənin elmi və mədəni imkanlarını seçilmiş elm və mədəniyyət insanlarıyla paylaşmaq heç şübhəsiz böyük bir diplomatiya hərəkətidir. Bunun yalnız Türkiyə üçün deyil, eyni zamanda qarşılıqlı əlaqədə olduğumuz ölkələr baxımından da əhəmiyyətli olduğunun fərqindəyik.

Bu gün Türkiyənin dünyada 134 Səfirlik, 81 Başkonsolosluk, 12 daimi nümayəndəlik və 1 ticarət ofisi olmaqla 228 xarici nümayəndəliyi mövcuddur. Türkiyənin ilk London səfiri Yusuf Agâh Əfəndidən sonrakı bu inkişaflar əlbəttə çox əhəmiyyətlidir. Ölkəmizin fəal xarici siyasəti qiymətli səfirlərimiz sayəsində həyata keçirilir. Əlinizdəki bu kitab Yunus Emre İnstitutunun açıldığı ölkələrdə işləyən səfirlərin xatirələrini və təəssüratlarını ehtiva edir.

Yunus Emre İnstitutlarının açıldığı ölkələrdəki səfirlər tərəfindən yazılmış xatirələrdən göründüyü kimi, “qurulma mərhələsində yaşananlar, hansı çətinliklərdən keçərək fəaliyyətlərin icrasına başlanıldığını, dünən necə idi bu gün necə oldu? kimi suallara cavab tapa bilərsiniz.

Yunus Emre Enstitüsünün qurulduğu gündən bu yana bizdən heç bir dəstəyini əsirgəməyən səfirlərimizin hamısına, eyni zamanda bu kitabın qələmə alınmasında başda qiymətli müşavirimiz Ümit Yardım olmaqla Adnan Keçəci, Əhməd Yıldız, İnan Özyıldız, Kaan Esener, Mehmet Kamal Bozay, Oğuz Dəmiralp, Ömür Şöləndil, Songül Ozan, Suphan Ərkula və Xarici İşlər Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm.

Prof. Şərəf Atəş

Başqan

 

Mədəniyyət və Diplomatiya

Yunus Emre İnstitutu Mədəni Diplomatiya Akademiyası Nəşrləri

 

Redaktorlar: Prof. Şərəf Atəş, Melih Barut

Baş Koordinator: Şenol Selçuk Turan

Redaksiya Heyyəti: Fatmanur Samastı, Hümeyra Görməz Temren, Halil İbrahim Əlsıkma

ISBN: 978-605-2097-06-9