Bakıda “Yüz İllik Əmanət: Qafqaz İslam Ordusu” paneli

Yazıcı-dostu sürüm

18 Sentyabr 2018-ci il tarixində Azərbaycanın paytaxtı Bakıda, şəhərin Qafqaz İslam Ordusu tərəfindən Erməni və Bolşevik qüvvələrindən kazad olunmasının 100-cü il dönümü münasibəti ilə "Yüz illik əmanət: Qafqaz İslam Ordusu" adlı panel təşkil edilib.

Bakı Yunus Emre İnstitutu və Xəzər Universitetinin birgə təşəbbüsü ilə təşkil edilən panelə Xəzər Universitetinin Rektoru Prof. Dr. Hamlet İsaxanlı, KKTC Bakı nümayəndəsi Ufuq Turqaner, Xaricdə Yaşayan Türklər və Qohum Birlikləri (YTB) Başqanlığının vitse-prezidenti Sait Yusuf, Bakı Yunus Emre İnstitutu Müdiri Dos. Dr. Cihan Özdemir, akademiklər və çox sayıda tələbə iştirak edib.

Prof. İsaxanlı çıxışında, Türkiyə ilə Azərbaycanın sevinci də kədəri də birdir, bunun ən böyük şahidi də tarixi faktlardır, 100 il əvvəl Bakının azad olunması da bu tarixə ən yaxşı nümunədir deyib.

28 May 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycanın nizamlı orduya sahib olmadığını və buna görə Osmanlıdan kömək istədiyini xatırladan İsaxanlı, "Türkiyə özü də çox kritik dövrdən keçirirdi. Ənvər Paşa buna baxmayaraq qardaşı Nuri Paşanın komandanlığı altında bir ordu qurdurdu və bu ordu Bakını azad etdi. Əgər bu zəfər olmasaydı, sonralar Azərbaycanın sərhədləri necə olacaqdı bilinmirdi " sözlərini əlavə edib.

YTB ​​vitse-prezidenti Sayit Yusuf isə Azərbaycan və Türkiyənin ortaq gələcək inşa etməsi üçün ortaq keçmişini çox yaxşı bilməsinin vacibliyini vurğulayıb. Yusuf, "Hədəfimiz yeni Məmməd Əmin Rəsulzadələr, Heydər Əliyevlər, Nuri Paşalar, Mustafa Kamal Atatürklər yetişdirməkdir. Bu millətin istiqbalını müəyyən edəcək nəsilləri yetişdirməyi planlaşdırırıq" şəklində çıxış edib.

Bakı Yunus Emre İnstitutu Müdiri Özdemir də Qafqaz İslam Ordusunun, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığını təsdiq edən faktor olduğunu ifadə edib. Özdemir, "Qardaşlar bir arada olduğu zaman qarşısında heç bir güc müqavimət göstərə bilməz. Bu hadisədən çıxaracağımız mesaj budur. Biz, birlikdə olduğumuz zaman, bir-birimizə həqiqətən dəstək verdiyimiz zaman qarşımıza heç kim keçə bilməz" deyib.

Panel, tədqiqatçı Telman Nüsrətoğlunun Qafqaz İslam Ordusu və 20-ci əsrin əvvəllərindəki siyasi hadisələrlə bağlı təqdimatından sonra başa çatıb.