Azərbaycanda “Əhməd Hamdi Tanpınarı Kəşf edirəm” adlı yarışma

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu, Azərbaycanda “Əhməd Hamdi Tanpınarı Kəşf edirəm” adlı yarışma təşkil edir.Azərbaycan Milli Elmlər Akademiyasının kitabxanasında təşkil olunan fəaliyyətdə Azərbaycanlı yazarlar, tərcüməçilər, sənətçilər və tələbələr iştirak etdilər. İştirakçılara Tanpınarın Azərbaycan dilinə çap olunmuş əsərləri hədiyyə edildi.Yaş həddinin olmadığı yarışmada qiymətləndirmənin Türk və Azərbaycanlı yazarlar tərəfindən olunacağı müəyyən edildi. Cavabların 15 Dekabrda açıqlanacağı və dərəcəyə girən 5 iştirakçının, Tanpınarın “Beş Şəhər” əsərində bəhs etdiyi Bursa, Konya, İstanbul, Ankara və Ərzurumu gəzmə fürsəti əldə edəcəkləri bildirildi.Bakı Yunus Emre İnstitutu müdiri Yıldırım, jurnalistlərə verdiyi müsahibəsində, Türk ədəbiyyatının ən böyük simalarından olan Tanpınarın 4 əsərinin Azərbaycan dilinə çap olunduğunu söylədi.Yıldırım, Tanpınarın Azərbaycanda daha yaxşı tanınması üçün bu əsərlərlə yola çıxaraq bir esse  yarışması başlatdıqlarını bildirdi və yarışmaya böyük maraq gösterildiyinden danışdı.Tanpınarın 2 romanını Azərbaycan dilinə tərcümə edən Nəriman Abdulrahmanlı da Tanpınarın 20-ci əsr Türk Ədəbiyyatının ən böyük yazarlarından biri olduğunu vurğuladı.Abdulrəhim Tanpınarın müstəsna üslub sahibi bir yazar olduğunu ifadə edərək tərcümədə qarşılaşdığı çətinləklərdən bəhs etdi. Eyni zamanda Tanpınar kimi Türkiyədə sevilən və əsərləri zövqlə oxunan bir yazarı Azərbaycan dilinə qazandırmanın sevincini də sözlərinə əlavə etdi.Söz verilən digər natiqlər də Tanpınarın dünyada yetəri qədər və layiq olduğu qədər tanıdılmadığını, yazarın bundan sonra Azərbaycanda daha çox tanınacağını və seviləcəyini söylədi. Natiqlər bu təşəbbüsün bir milad olaraq qəbul edilməsindən və bundan başqa digər önəmli Türk yazar və şairlərinin də tanıdılmasına davam etməyin önəmlı olduğundan bəhs etdilər.