Ustadlara Sayğı Gecəsi

Yazıcı-dostu sürüm

Bakıda, Türk xalq ozanları və Azərbaycan aşıqlarının əsərlərinin səsləndirildiği "Ustadlara Sayğı Gecəsi" adlı konsert keçirildi.Bakı Yunus Emre İnstitutu, Azərbaycan Aşıklar Birliyi və Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə təşkil edilən konsert proqramında, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycanlı millət vəkilləri, alimlər, tələbələr və çox sayda qonaqlar iştirak etdi.Bakı Yunus Emre İnstitutu Müdiri İbrahim Yıldırım çıxışında, kökü min illər bundan əvvələ söykənən  mədəniyyətin insanları olduqlarını, Dədə Qorquddan bu günə gələn aşıqlıq ənənəsini yaşatmağı və gələcək nəsillərə köçürtməyi könül borcu qəbul etdiklərini söylədi.Azərbaycan Aşıklar Birliyi Başçısı Məhərrəm Qasımlı, iki qardaş ölkənin və bütün Türk dünyasının xalq ozanlarını xatırlamaq üçün toplandıqlarını ifadə etdi.Konsertdə səhnə alan Türkiyəli solist Armağan Elçi, Əbdülvahid Kuzecioğlunun Kərkük Divanı, Pir Sultan Abdalın Tövhid, Mahsuni Şərifin Mövlam Gör Deyərək İki Göz Vermiş, Karacaoğlanın Yaşıl Başlı Gövel Ördək, Aşiq Veysəlin Uzun İncə Bir Yoldayam əsərlərini səsləndirdi.Azərbaycanlı solist Elnare Abdullayeva isə Şehriyarın Heydərbabaya Salam, Qədir Rüstəmovun Sona Bülbüller, Qulu Əsgərovun Əziz Dostum,  Aşıq Şəmşirin Baş Sarıtel, Neşet Ertaşın Gönül Dağı və Aşıq Ələsgərin Niyə Döndü əsərlərini oxudu.