Bakıda "Qanlı daş" tarixi romanının təqdimatı keçirilib

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun təşkilatçılığı ilə azərbaycanlı yazıçı Nizami Muradoğlunun dövrün qarışıq hadisələrini, ermənilərin iç üzünü, mənəvi boşluğunu gerçəkçi boyalarla, təsirli həyat səhnələriylə əks etdirdiyi, 2019-cu ildə “Arslan Bayıs – Baygenç Nəşriyyatı” tərəfindən çap olunan “Qanlı daş” romanının təqdimat mərasimi keçirilib.

Müəllif Nizami Muradoğlu kitab haqqında qonaqlara ümumi məlumat verib. Onun sözlərinə görə, ““Qanlı daş” romanı 2014 və 2016 – cı illərdə Bakıda “Ata Ocağı” adı ilə iki dəfə nəşr edilmişdir. Əsərdə təsvir edilən hadisələr XX əsrin əvvəllərində Azərbaycanın Naxçıvan bölgəsində cərəyan edir.

Tarixi roman janrının mükəmməl nümunələrindən biri olan kitabın təqdimatında  Prof. Əhməd Qəşəmoğlu, Prof. Allahverdi Məmmədli,  Dr. Şəmil Sadiq,  Qənimət Səfərli, , fil.elmləri doktoru İslam Sadıq, şair Xatirə Fərəcli, kitabın Türkiyə türkcəsinə çevirən, fil.ü. f. doktoru, dosent Məleykə Məmmədova, fil.ü.f.doktoru Atəş Əhmədli, fil.ü.f.doktoru, dosent Atif İslamzadə, yazıçı Kamil Məhərrəmoğlu, fil.ü.f. doktoru Tahir Orucov roman haqqında öz fikirlərini bildiriblər.

Sonda kitabın müəllifi Nizami Muradoğlu Yunus Əmrə İnstitutunun kollektivinə və iştirakçılara təşəkkürlərini bildirib.