Naxçıvan'da "Ankara yayı vəda məktubu" nümayiş olundu

Yazıcı-dostu sürüm

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Film Baş Müdirliyi, Bakı Yunus Emre İnstitutu və T.C. Naxçıvan Başkonsuluğu tərəfindən təşkil olunan türk filmləri nümayişi tədbirləri çərçivəsində 26 iyul 2019-cu il tarixində Naxçıvan Gənclik Mərkəzində “Ankara yayı vəda məktubu” filmi nümayiş olundu.

Fəaliyyətdə Naxçıvan Dövlət Film Fondunun sədri Mirakif Seyidov, T.C. Naxçıvan Başkonsulu Mehmet Emin Kiraz, Bakı Yunus Emre İnstitutunun müdiri Dos. Cihan Özdemir və çox sayda dəvətli iştirak etdi.

Deniz Aydenk tərəfindən yazılan və Kemal Uzunun rejissorluğunu etdiyi 2016 filminin baş rollarında Gürkan Uygun, İpek Tuzcuoğlu, Münir Can Cindoruk və Burçin Abdullah yer alır. Adana şəhər mərkəzində və kəndlərində çəkilən filmdə, 12 Sentyabr inqilabından sonra edam edilən ilk milliyyətçi Mustafa Pehlivanoğlunu edama götürən hadisələr cərəyan olunub.