Bakıda “Türkiyədən əsən meh” adlı sərgi açılıb.

Yazıcı-dostu sürüm

14 may 2019- ci il tarixində Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu, Türk Hava Yolları və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Türkiyədən əsən meh” adlı rəsm sərgisi açılıb.

Azərbaycanın paytaxtı Bakıda baş tutan tədbirdə Türkiyəli rəssamları Rauf Tuncer, Hüseyn Elmas və Erkin Keskinin əsərləri sərgilənib.

Sərginin açılış mərasimində Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev, Türkiyənin Bakıdakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, Millət vəkili Hikmət Babaoğlu, sərgidə əsərləri yer alan rəssamlar və sənətsevərlər iştirak edib.

Səfir Özoral tədbirdə çıxışı zamanı Türkiyə və Azərbaycan arasında hər sahədə güclü münasibətlər qurulduğunu, lakin hər iki ölkənin də bir-birini daha yaxından tanıtmağa ehtiyac olduğunu dilə gətirib.

İki ölkənin mədəni münasibətlərinin daha çox inkişaf etməsinin vacib olduğunu vurğulayan Özoral “ Qardaşlığımızı çox yaxşı öyrənməliyik. Bunun üçün də mədəniyyət aramızda çox önəmli bir körpü rolu oynayır. Bu gün sərgilənən əsərlər Türkiyədən əsən mehi təkcə Azərbaycana gətirməklə qalmamış, eyni zamanda Türkiyə ilə Azərbaycan arasında körpü yaratmışdır.” deyə ifadə edib.

Dos. Cihan Özdemir də Azərbaycanda “bir millət, iki dövlət “ prinsipi ilə fəaliyyət göstərdiklərini, bu gün də bu münasibətlə Türkiyənin üç rəssamının sərgisini təşkil etdiklərini bildirib.

Çıxışın ardından Azərbaycan Respublikasının Mədəniyyət Naziri Ebülfəs Qarayev, səfir Erkan Özoral və digər qonaqlar sərgini gəzərək rəssamlardan məlumat alıb.

51 əsərdən ibarət olan sərgi 24 maya qədər sənətsevərlər üçün açıq olacaq.