Yuxarı əyalətlərdə səyyah bir dərviş: “Yunis Əmrə” və “Xoca Əhməd Yəsəvi və Divan-ı Hikmət konferansları

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu və TİKA Bakı Program Koordinatorluğunun birgə əməkdaşlığı ilə 23-24 Aprel 2018-ci il tarixləri arasında İnstitutun konferans salonunda Dr. Mustafa Tatçı, Dr. Veysəl Akkaya, Leyla İpəkçi və Həyati Bicenin iştirakı ilə “Yuxarı Əyalətlərdə Səyyah bir Dərviş: Yunis Əmrə” və “Xoca Əhməd Yəsəvi və Divan-i Hikmət” adlı konferanslar həyata keçirildi.

Konfransa, Türkiyə Cümhuriyyətinin Bakıdaki Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, TİKA Bakı Program Koordinatoru Adem Urfa, yazıçı Firdevs Kapusızoğlu, akademiklər, tələbələr və çox sayda dəvətli iştirak edib.

İpekçi çıxışında, Yunis Əmrənin dilinin və mədəniyyətinin keçmişdə qalmadığını, bu gün də ürəklərdə yaşamağa davam etdiyini, Yunis Əmrənin mədəniyyətini qəbul etmiş və canlandırmış insanların cəmiyyətin inkişafına və cəmiyyətdə ədalətin təmin edilməsinə səbəb olacağını bildirdi.

 

Dr. Tatçı “Yunis Əmrə dil qurucusudur, varlıqların canlı olduğunu öyrədən bir mədəniyyətdir. Yunis Əmrə; düzgün islamı qərb türkcəsiylə eşqi yayaraq izah edən bir şəxsiyyətdir.” ifadələrini işlətdiyi çıxışında Yunis Əmrənin şeirlərindəki dərinliyə və kəlimələrin təsəvvüfdəki mənalarına da aydınlıq gətirdi.

Bice, “Xoca Əhməd Yəsəvi, Türklərin mənəvi dünyasına təsir edən biridir. Çöl həyatı yaşayan türklərə yaraşan bir İslamın mənasını, islamın insan həyatında təyin edici rolunu vurğulayan və bunu nümunələriylə insana göstərən biridir.” dedi. Dr. Akkaya isə Xoca Əhməd Yəsəvidən iştirakçılar üçün şeirlər səsləndirdi. Kəlimələrin mənalarını açıqlayan Dr. Akkaya Divan-i Hikmətin bir eşq kitabı olduğunu və gənclərin bu kitabı oxumalarının faydalı olacağını bildirdi.