Niyə Yunus Əmrə

Niyə Yunus Əmrə

Yazıcı-dostu sürüm

Yunus Əmrə İnstitutu, adını 13-cü və 14-cü əsrlərdə yaşamış bir Anadolu mutasavvıf Yunus Əmrədən almışdır. Ən əhəmiyyətli xüsusiyyəti, insani dəyərləri, insan sevgisini və ictimai sülhü təmsil edən bir simvol ad olmasıdır. Bu səbəbdən İnstitutumuz, dünyaya Türkiyənin mədəniyyət və sənətini tanıdaraq, sivilizasiyanın ən yetkin, incəlikli və özünə xas dilini istifadə edərək bir-birini daha yaxşı anlayan, daha sülh bir dünya üçün işləməyi qarşısına məqsəd qoymuşdur. Bu məqsədə çata bilmək və bütün dünyaya söyləyəcək bir sözümüz olduğunu göstərmək üçün, ilk növbədə özümüzü və mədəni dəyərlərimizi doğru izah etmək məcburiyyətindəyik. İnsan mərkəzli bir anlayışla hərəkət edən İnstitumuza Yunus Əmrə adının seçilməsi bir təsadüf deyil. Bu böyük şəxsiyyət, şeirləriylə yalnız Türkcənin inkişafına əhəmiyyətli bir töhfə olmaqla qalmamış, eyni zamanda ümumbəşəri insani dəyərlər üzərinə inşa edilmiş fəlsəfəsiylə, heç bir din, dil, irq ayrı-seçkiliyi güdmədən insanoğlunun sülh və ortaq dəyərlər ətrafında birlikdə yaşamasını məqsəd qoyan mesajlar vermişdir. Yunus Əmrə İnstitutu bütün fəaliyyətlərində bu təməl fəlsəfəni güdməyi bir hədəf olaraq təyin etmişdir.