İmtahana Girin

İmtahana Girin

1. Türkcə Yetərlilik İmtahanı (TYS (Türkçe Yeterlik Sınavı)) nədir?

Türkcəni xarici dil və ya ana dili olaraq öyrənən fərdlərin dil yetərliliklərinin təsbit edilməsinə yönəlmiş, Yunus Emre İnstitutu tərəfindən inkişaf etdirilən, təməl dil bacarıqlarını ölçən və beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır.

2. Türkcə Yetərlilik İmtahanına kimlər girə bilər?

Xarici dil olaraq Türkcə öyrənənlər, Türkiyədəki universitetlərə müraciət və qəbul üçün Türk dili yetərliliyini sənədləşdirməli olan şagirdlər, xaricdə müxtəlif təşkilatlarda Türkcə öyrətmək istəyən müəllim namizədləri, Türk dili bacarıqlarını sənədləşdirmək istəyən tərcüməçilər, qısacası Türk dili bacarıqlarını ölçmək istəyən hər kəs Türkcə Yetərlilik İmtahanına (TYS'yə) girə bilər.

3. Türkcə Yetərlilik İmtahanına nə üçün girməliyik?

Türkcə Yetərlilik İmtahanı Türk dili bacarıqlarınızı ölçən və sənədləşdirən bir imtahandır. Türkcə Yetərilik İmtahanında müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq sinifindən azad ola bilər, bir çox iş görüşməsində dil imtahanlarına girmədən də Türk dili biliyinizi isbat edə bilər, akademik karyera hədəfləriniz üçün istifadə edə bilərsiniz.

4. Türkcə Yetərlilik İmtahanına necə müraciət etmək olar?

Ankarada Yunus Emre İnstitutuna, xaricdə isə Yunus Emre İnstitutu Türk Mədəniyyət Mərkəzlərinə gedərək şəxsən müraciət edə bilərsiniz.

5. Türkcə Yetərlilik İmtahanı hansı mərhələlərdən ibarətdir?

Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlilik İmtahanı "Oxuma, Dinləmə, Yazma və Danışma (Müstəqil Danışıq, Qarşılıqlı Danışıq)" hissələrindən ibarətdir. Oxuma, dinləmə, yazma və danışma bacarıqlarının ölçüldüyü imtahanda müvəffəqiyyətli olan namizədlərə Türkcə Yetərlilik Sənədi ( sertifikatı ) verilir.

6. Türkcə Yetərlilik İmtahanında neçə sual var?

Türkcə Yetərlilik İmtahanı: oxuma 40, dinləmə 30, yazma 2, müstəqil danışma 1, qarşılıqlı danışma 7  sual olmaq üzrə cəmi 80 sualdan ibarətdir.

7. Türkcə Yetərlilik İmtahanı necə tətbiq edilir?

Türkcə Yetərlilik İmtahanı 2 hissədə həyata keçirilir: 1-ci hissədə namizədlər oxuma, dinləmə, yazma suallarına; 2-ci hissədə isə müstəqil danışıq və qarşılıqlı danışıq suallarına cavab verirlər.

8. Türkcə Yetərlilik İmtahanının müddəti nə qədərdir?

Türkcə Yetərlilik İmtahanının müddəti: oxuma 60dq., dinləmə 45dq., yazma 60dq., müstəqil danışıq 5dq., qarşılıqlı danışıq 10dq. olmaqla cəmi 180 dəqiqədir.

9. Türkcə Yetərlilik İmtahanı ildə neçə dəfə keçirdilir?

Türkcə Yetərlilik İmtahanı yanvar, may və sentyabr aylarında, yəni ildə 3 dəfə keçirilir. Türkcə Yetərlilik İmtahanı Türkiyədə və Yunus Emre İnstitutu Türk Mədəniyyət Mərkəzlərinin olduğu bütün ölkələrdə eyni vaxtda tətbiq edilir.

10. Türkcə Yetərlilik İmtahanın bir nümunəsini əldə etmək mümkündürmü?

www.turkcesinavi.com saytından TYS  nümunəsini yükləyə bilərsiniz.