Osmanlı Xariciyyəsinin Cənubi Qafqaz Hesabatları

Yazıcı-dostu sürüm

Bakı Yunus Əmrə İnstitutunun dəstəyi ilə Türkiyədə nəşr olunan, tarixçi Dr. Telman Nüsrətoğlunun hazırladığı “Osmanlı Xariciyyəsinin Cənubi Qafqaz Hesabatları” adlı kitabın təqdimatı İnstitutumuzun konfrans zalında keçirildi. Təqdimatda Türkiyə Cümhuriyyətinin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Dos. Cahit Bağcı və bir çox tarixçi və elm xadimləri iştirak etdilər.

Bakı Yunus Emre İnstitutunun müdiri Selçuk Karakılıç bu kitabın əlamətdar bir vaxtda işıq üzü gördüyünü dedi. Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin bərpasının 30-cu ilinin tamam olduğunu bildirən S.Karakılıç bu kitabda əks olunan sənədlərin də bir qisminin məhz Osmanlı ilə Cənubi Qafqaz, xüsusilə də Azərbaycan arasında diplomatik əlaqələrlə bağlı olduğunu vurğuladı.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilk olaraq belə bir tarixi sənədlərlə zəngin kitabın ərsəyə gəlməsinə görə müəllifi təbrik etdi. Səfirin sözlərinə görə, bu kitab Osmanlı arxivlərində olan və bu günə kimi tədqiq edilməyən arxiv sənədlərini gün üzünə şıxarmaqla yanaşı, bizləri o dövrdə baş verənlərlə yaxından məlumatlandırır.

“Osmanlı Xariciyyəsinin Cənubi Qafqaz Hesabatları” kitabının Bakı Yunus Emre İnstitutunun dəstəyiylə Annkarada nəşr olunduğunu qeyd edən və kitabı çapa hazırlayan Dr. Telman Nüsrətoğlu bu fikirləri səsləndirdi.

“Uzun illər Osmanlı arxivlərində aparmış olduğumuz tədqiqatların nəticəsi olaraq “Osmanlı Xariciyyəsinin Cənubi Qafqaz Hesabatları”nda adlı kitabımız işıq üzü görüb. Kitab hazırlanarkən 1852-1914-cü illəri əhatə edən çoxlu sayda və qiymətli arxiv materialları təftiş edilib. Yekun olaraq regionla bağlı ümumilikdə 300-ə yaxın önəmli arxiv sənədləri kitabda çap olunub”. O da xüsusi olaraq vurğulandı ki, bu kitabda Azərbaycanla bağlı ilk dəfə yayınlanan çoxlu sayda arxiv sənədləri var: “Bu sırada erməni məsələsi, erməni terrorunun tarixinə dair də qiymətli sənədlər var. Bundan başqa bu kitabda Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyətinin Anadoluya yardımları, Azərbaycandakı qəzetlər və jurnalların fəaliyyətləri, Əhməd Ağaoğlu kimi Osmanlı imperatorluğu üçün də müstəsna şəxsiyyətlər, “Difai” təşkilatı, həmçinin Bakıda baş verən hadisələrlə bağlı qiymətli arxiv sənədlərindən də bəhs edilir. Bir sözlə, Osmanlı dövlətinin 1852-1914-cü illərdə Cənubi Qafqazda açmış olduğu konsulluqlar bu kitabda ilk dəfə geniş bir şəkildə tədqiq olunub. Yəni, “Osmanlı Xariciyyəsinin Cənubi Qafqaz Hesabatları”nda Azərbaycanla bağlı ilk dəfə dərc olunan çoxlu sayda arxiv sənədləri var. Onu da deyim ki, kitabın hazırlanması üçün Osmanlı arxivlərində çalışmamızda Yunus Emre İnstitutu bizə yaxından dəstək verib”.

Diğer Etkinlikler

Azərbaycanın paytaxtı Bakıda 15 İyul Şəhidləri Anma, Demokratiya və Milli Birlik Gününə həsr olunmuş panel keçirilib...

Azərbaycanda İstiqlal Marşının qəbul edilməsinin 101-ci il dönümü münasibətiylə tədbir həyata keçirilib.

Bakı Yunus...