Bakıda XIV Büyük Türk Dili Qurultayı

Yazıcı-dostu sürüm

Yunus Emre İnstitutu ilə Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq Həmrəylik Vəqfinin birgə əməkdaşlığı və Xarici Qohum Cəmiyyətləri Başqanlığının dəstəyi ilə tərtib edilən XIV Böyük Türk Dili Qurultayı 26 sentyabr 2019-cu il tarixində Azərbaycanın paytaxtı Bakıda həyata keçirildi.

Türkiyə və Azərbaycandan çox sayda elm xadiminin iştirak etdiyi qurultayın açılış proqramında Türkiyə Cumhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan zoral, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq Həmrəylik Vəqfi, Dünya Pediatriya Sədri, Qazi Universitetinin sabiq rektoru prof. Ənvər Həsənoğlu və azərbaycanlı və türkiyəli jurnalistlər də iştirak ediblər.

Açılış mərasimində çıxış edən Bakı Yunus Emre İnstitutunun müdiri dosş Cihan Özdemir Qurultayın Bakıda keçirilməsinin önəmindən bəhs edərək, Yunus Emre İnstitutu olaraq, Türk dilinin dünyada təbliğatı istiqamətində fəaliyyət göstərdiklərini bildirib. Özdemir qurultayın müvəffəqiyyətlə tamamlanmasını diləyib.

Böyük Türk Dili Qurultayı 93 il sonra yenidən Bakıda keçirilib.

Türkiyə Cümhiryyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, açılış çıxışında Böyük Dil Qurultayının ilk dəfə 1926-cı ildə Bakıda tərtib olunduğunu və bu qurultayda iştirak edənlərin şəhid edildiyini bildirib. Bu qurultayın Bakıda tərtib edilməsinin əhəmiyyətli olduğunu deyən Özoral “Bakı gözəl türkcəmizin ən gözəl danışıldığı yerlərdən biridir. Türkcəmizi qorumaq, yüksəltmək və onu bütün dünyada bir elm gatirməyə məcburuq. XX əsrin əvvəlində Türkcənin ortaq bir dil halına gətirilməsi, dildə və fikirfə birlik şüarının həyata keçirilməsi üçün müxtəlif işlər görüldü. Bunlardan biri də Bakıdakı Türk Dil Qurultayı idi. Türkcəmizi inkişaf etdirmək üçün böyük məsuliyyət daşıyırıq. Arxamızda 200 milyonlu bir Türk dünyası var. Ona görə də dildə birlik, fikirdə birlik ideyası sonsuzadək yaşayacaq. Bu qurultay 1926-cı ildə şəhid edilənlərə borç ödəmə zamanıdır.”, deyə qeyd edib.

Qurultayda 120 məqalə təqdim olunacaq.

Qurultay Tərtibetmə Heyətinin sədri və Bilkənt Universitetinin müəllimi prof. Rasim Özyürək də çıxışında qurultaya ölkə daxili və xaricindən 220 el insanının məqalə ilə müraciət etdiyini bildirərək, qurultayda 120 məqalənin təqdim olunacağını söyləyib. Türk Dili Qurultayıilə məqsədlərinin Türk dilinin zənginləşməsini təmin etmək olduğunu bildirən prof. Özyürək “XIV Beynəlxalq Böyük Dil Qurultayı, Türk dilinin öz zənginliyini meydana çıxartmaq, onu dünya dilləri arasında özünə layiq yüksəkliyə qaldırmaq, Türk dili ilə əlaqədar yeniliklərdən danışmaq və yeni təsbitləri ələ almaq məqsədiylə həyata keçiririk. Atalarımızdan miras aldığımız bu gözəl dilimiz üçün əl-ələ, könül-könülə, çiyin-çiyinə verək. Dilimizə sahib çıxaraq gələcək nəsillərə Türkə yaraşan təmiz, saf bir Türkcə qoyaq.”, deyə çıxış edib.

Türk dili dünyada layiq olduğu yeri tutacaq.

Yunus Emre İnstitutunun Türkcənin dünya dilləri arasında layiq olduğu yeri tutması mövzusunda göstərdiyi cəhdlərin təqdirəlayiq olduğunu da bildirən Özyürək “Yunus Emre İnstitutu başqanımız prof. Şərəf Atəş gecə gündüz demədən Türkcəmizin dünyada layiq olduğu dəyəri alması üçün cəhd göstərir. Yunus Emre İnstitutu qurulduğu gündən bu yana və xüsusilə son illərdə yaradıcı fəaliyyətləri ilə ictimaiyyətin də diqqətini çəkmişdir. İnstitutut Başqanlığının ölkə daxili və ölkə xarici fəaliyyətləri təqdirəlayiqdir. Əməyi keçənləri təbrik edirik.  

Dil siyasətlərini izləmək lazımdır.

Dünya Pediatriya Sədri, Qazi Universitetinin sabiq rektoru və YÖK üzvü prof. Ənvər Həsənoğlu da çıxışında Böyük Dil Qurultayının bütün türk dünyası üçün faydalı olmasını diləyib. Dil ilə milli hisslər arasında güclü bir bağ olduğunu vurğulayan prof. Həsənoğlu bunları deyib: “Dil ilə bağlar nə qədər artarsa, milli hisslər də o qədər güclənər. Təhsil işçiləri, tələbələr, yazıçılar və spikerlər dilimizə böyük önəm verməlidirlər. Qloballaşan dünyamızda sürətlə dəyişən dil siyasətlərini tutmaq və onları qabaqlamaq çox vacibdir. Bu qurultayda əməyi keçən hər kəsə təşəkkür edirəm. Qurultayın müvəffəqiyyətli keçməsini arzu edirəm.”

Çıxışların sonunda Büynəlxalq Türk Dili Qurultayının Sədri, Qurultay Tərtibetmə Heyətinin sədri və Bilkent Universitetinin müəllimi prof. Rasim Özyürəkə Türk Dili sahəsində göstərmiş olduğu 25 illik xidmətindən ötrü prof. Ənvər Həsənoğlu tərəfindən təşəkkür plaketi təqdim olunub.

Türk Dili Bayramı və Qurultayın açılış çıxışlarının davamında sessiyala başlanılıb. 2 gün davam edəcək sessiyalarda 120 məqalə təqdim olunacaqdır.