Bakıda “Çanaqqala Zəfəri və Şəhidləri Anım” proqramı

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu (YEE) tərəfindən Çanaqqala Zəfərinin 104 illiyi münasibətilə Şəhidləri anım proqramı təşkil edilib.

Azərbaycan İqtisad Universitetində (UNEC) keçirilən tədbirə Türkiyənin Bakıdakı Səfirliyinin Hərbi Attaşesi General İsmail Hakkı Köseali, Bakı Yunus Emre İnstitutunun müdiri Dos. Cihan Özdemir, TİKA Bakı Proqram koordinatoru Teoman Tiryaki, UNEC Türk Dünyası İqtisad Fakültəsi Dekanı Dos. Hayati Beşirli, elm xadimləri və tələbələr qatılıb.

Sayğı duruşundan sonra iki ölkənin milli himnlərinin oxunması ilə başlayan tədbirdə açılış çıxışını Türk Dünyası İqtisad Fakültəsinin dekanı Dos. Hayati Beşirli edib. Türk millətinin 104 il əvvəl Çanaqqala Döyüşü qazandığını qeyd edən Beşirli, “Mərd Türk xalqının fərdləri olaraq bu Vətəni heç bir şəkildə tərk etməyəcəyik. Bu şüuru qardaşımız olan Azərbaycanın mənəvi dəstəyiylə davam etdiririk.”, deyə ifadə edib.

İnstitut müdiri Özdemir isə Çanaqqala Döyüşünə gedən tarixi proseslə bağlı danışıb. Vətənin birlik və bərabərliyini qorumaq məqsədilə məktəb şagirdləri daxil çox sayda qəhrəman övladın məmləkətin hər küncündən Çanaqqalaya qaçdığını bildirən Özdemir tarixdəki bəzi hadisələrdən dərs götürülmədiyi halda tarixin təkrarlanacağını qeyd edib.

Tədbir Çanaqqala Zəfəri ilə bağlı videoların nümayişindən sonra tələblərin şeir və musiqi səsləndirmələri və tamaşa göstərmələri ilə davam edib.