IV INES BEYNƏLXALQ AKADEMİK ARAŞDIRMALAR KONQRESİ [1]
Hörmətli elm xadimləri,
30 oktyabr – 3 noyabr 2018-ci il tarixləri arasında təşkil edəcəyimiz IV. INES International Academic Research Congress (INES – 2018) adlı konqresimizdə sizləri qonaq etməyə şad olarıq. Konqresimiz Alanya Əlaəddin Keyqubad Universiteti, Səlcuq Universiteti, Konya Qida və Kənd Təsərrüfatı Universiteti, Amasya Universiteti, Alanya HEP Universiteti, DTI Universiteti ( Slovakiya) və Alanya Bələdiyyəsinin birgə əməkdaşlığı ilə Alanyada həayata keçiriləcəkdir.
Konqresimizin məqsədi elmi fəaliyyət, tətbiq və təcrübələri bölüşmək; təhsil elmləri, sosial və bəşəri elmlər, idman və incəsənət elmləri, texniki və riyazi kənd təsərrüfatı elmləri, təbiət elmləri və mühəndislik sahələri üzrə elm xadimlərini bir araya gətirmək; elmi və sosial qarşılıqlı təsiri təmin etmək; elm xadimləri arasında əməkdaşlığı artırmaq; yeni fikirlərin və iş sahələrinin yaranmasına dəstək olmaqdır.
Konqresdə təqdim olunan məqalələrin xülasələri e-kitab olaraq, tam mətnləri isə istəyə bağlı olaraq tam mətnlərin çap olunduğu konqres məqalə kitabında və ya redaktorlu e-kitab bölməsi olaraq nəşr olunacaqdır. Bundan əlavə, konqres çərçivəsində beynəlxalq karma sərgi də təşkil olunacaqır.
Siz dəyərli elm xadimlərini 30 oktyabr – 3 noyabr 2018-ci il tarixləri arasıbda IV INES Beynəlxalq Akademik Araşdırmalar Konqresində görməyə şad olacağımızı bildirir, fəaliyyətlərinizdə müvəffəqiyyətlər arzulayırıq.
Hörmətlə,
Konqres Təşkilat Komitəsi