“XIX əsrdə türk dünyası və yaponlar"

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutu, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi ilə birlikdə sentyabr ayının 26-da “XIX əsrdə türk dünyası və yaponlar" mövzusunda ortaq konfrans təşkil edib.

Professor Ali Merthan Dündar`ın qonaq olduğu və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin 80 əyalətdən mədəniyyət evi direktoru və işçilərinin qatıldığı tədbirə ölkənin bölgələrində çalışan bir çox mədəniyyət və elm adamları qatılıb.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev, konfransın 26 sentyabr - Türk dili bayramı günündə keçirildiyini bildirərək, Azərbaycan və Türkiyənin elmi potensialıın artırılması, sahədə çalışan əməkdaşların elmi səviyyəsinin yüksəldilməsi, habelə təhlil və mütaliə vərdişlərinin formalaşması məqsədilə çalışdıqlarını, deyib.

Bakı Yunus Əmrə İnstitutu Müdir Vəkili Səlçuk Karakılıç, Bakı Yunus Əmrə İnstitutunun Azərbaycan-Türkiyə əlaqələrinin inkişafına yol açan, elm və mədəniyyət xadimləri arasında ünsiyyət kanallarını açıq tutduğunu söyləyərək  Prof. Mertha Ali Dündarı bu çərçivədə dəvət etdiklərini, bu vəsilə ilə Türkiyə və Azərbaycan alimlərinin "ortaq tarix, ortaq gələcək" mövzusunda əməkdaşlıq edəcəklərini ümid etdiklərini söyləyib.

Ankara Universitetinin müəllimi Prof. Ali Merthan Dündar, “XIX əsrdə türk dünyası ve yaponlar" adlı seminarda, Yaponiyanın türk və islam dünyası ilə yaxın əlaqələrindən bəhs edib.

Prof. Dündar, yaponların türk və müsəlman adını ilk dəfə 1630-cu illərdə eşitməyə başladığını, ancaq türk dünyasının Yaponiyanın adını XI əsrdə Kaşqarlı Mahmudun məşhur Dîvânu Lugâti't-Türk lüğətindən öyrəndiyimizi bildirib.

Prof. Merthan Dündar, Yaponiya və yapon adının müxtəlif dövrlərdə Azərbaycan ədəbiyyatında görüldüyünü qeyd edərək bu sözləri deyib:

“Biz xüsusilə Azərbaycan ədəbiyyatında yapon mədəniyyətinin səs-küylü olduğunu görürük. Hüseyin Cavidin "Hasbihal" və Cəlil Məmmədquluzadənin "Biz nəyik" məqalələrində Yaponiya müxtəlif səbəblərlə Azərbaycan xalqına tanıdılıb və izah edilib. Nəcəb bəy Vəzirovun "Təbriknamə" əsərində Yaponların İslamı qəbul etməsinin nə qədər yaxşı olacağına dair məqalələrə rast gəlirik. Mirzə Ələkbər Sabir, Abbas Səhhət və digər Azərbaycan yazıçılarının əsərlərində Yaponiya haqqında məlumatlara rast gəlmək mümkündür. "

Prof. Merthan Dündar, Yapon tarixinin dövrləri və türk dünyası ilə əlaqələri haqqında geniş məlumat verdiyi konfransın sonunda yaranmış diskussiyada iştirakçıların suallarını cavablandırıb.