"Türk tarixinə strateji nəzər" konfransı

Yazıcı-dostu sürüm

Bakı Yunus Emre İnstitutunun aylıq olaraq təşkil etdiyi və ev sahibliyi etdiyi tarix konfranslarının sonuncusu “Türk tarixinə strateji baxış” adı ilə dr. Nazim Cəfərsoyun təqdimatıyla İnstitutun binasında həyata keçirildi.

Konfransda Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz, TRT Kanalı Bakı koordinatörü Murat Akkoç, Bakı Yunus Emre İnstitutunun müdiri dos. Cihan Özdemir, elm xadimləri və universitet tələbələri iştirak etdilər.

Özdemir universitet  tələbələrinin konfranslarda iştiraklarından keçirdiyi məmnuniyyəti dilə gətirərək sentyabr ayından etibarən təşkil olunacaq konfranslarda öz sahələrində mütəxəssis olan elm xadimlərinin tələbələrlə bir araya gətiriləcəyini bildirdi.

Cəfərsoy təqdimatında türk tarixinin mərhələləri, strateji hədəflərindən bəhs edərək konfransın sonunda iştirakçıların suallarını cavablandırdı.