Türk oxçuluğu Bakı səhnəsində

Yazıcı-dostu sürüm

Yunus Emre İnstitutu və Türk Oxçuluq Fondunun birgə əməkdaşlığında ənənəvi Türk oxçuluğunun tanıdılması məqsədiylə 19 oktyabr 2019-cu il tarixində həyata keçirilən Oxçuluq Layihəsi çərçivəsində bu il 10 ölkədə təlimlərə başlanıldı.

Bakı Yunus Emre İnstitutu tərəfindən bu il ilk dəfə təşkil olunun oxçuluq dərsləri, aprel ayında İstanbul Oxçular Fondunun İdman Təsislərində keçirilən “3-cü Türk Oxçuluğu Təlimi” proqramında sürtləndirilmiş təlim aldıqdan sonra ölkələrinə qayıdan iki mütəxəssis oxçu tərəfindən verilir.

Bakı Yunus Emre İnstitutunun 44 kursiyerin iştirakıyla reallaşdırılan Türk oxçuluğu təlim kursları, tədris planı çərçivəsində hazırlanan qaynaqlar və tamamilə əl işi olan oxçuluq ləvazimatlarıyla, T.C. Təhsil Müşavirliğinə bağlı olaraq fəaliyyət göstərən Bakı Türk Anadolu Litseyinin İdman zalında keçiirlir.

Dekabr ayının ilk həftəsinə qədər dəvam edəcək kurslar Türk oxçuluğu nümayişi və sertifikat təqdimatı ilə başa çatacaqdır.