T.C. Mədəniyyət və Turizm nazirinin muavini Prof. Dr. Haluk Dursun Bakı Yunus Emre İnstitutunu ziyarət edib

Yazıcı-dostu sürüm

Rəsmi görüşlər üçün Azərbaycana gedən Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm nazirinin muavini Prof. Dr. Haluk Dursun Bakı Yunus Emre İnstitutunu  ziyarət edib.

3 aprel 2018-ci il tarixində paytaxt Bakıda həyata keçirilən görüş çərçivəsində nazir muavini Haluk Dursuna İnstitut tərəfindən icra olunan  Türkcə təhsili, Türkologiya layihəsi, mədəniyyət və sənət yönümlü fəaliyyətlər haqqında məlumat verilib.

İnstitutun fəxri kitabını imzalayan Prof. Dr. Dursun, İnstitutun gördüyü işlərdən və işçi heyəti ilə tanışlıqdan məmnunluğunu ifadə edərkən icra olunacaq mədəni fəaliyyətlərin cəmiyyətdə daimi, yayılmış və müsbət izlər buraxan fəaliyyətlər olmasının vacibliyini vurğulayıb. 

İnstitut binasında araşdırmalar aparan nazir müavini Prof. Dr. Haluk Dursun, ziyarət etdiyi Türkiyə türkcəsi sinifindəki tələbələrlə də söhbət edib.