“Sovet dövründə Türkiyəni Vətən seçənlər” fotosərgisi Gəncədə

Yazıcı-dostu sürüm

Noyabrın 6-da Bakı Yunus Əmrə İnstitutu, Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulluğu və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının birgə təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəkləri ilə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda keçirilən fotosərginin açılışı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası qalereyasında olub.  Tədbirdə, rəsmilər, rəssamlar, tələbələr və çoxlu sayıda qonaqlar iştirak edib.

Açılışda çıxış edən Türkiyə Cümhuriyyətinin Gəncə Baş Konsulu Zəki Oztürk, xüsusilə tələbələrin, gənclərin bu sərgini gəlib görməklərini arzu etdiyini, keçmişdə atalarının hansı çətinliklərə sinə gərərək, vətən sevgisini bağırlarında böyüdüb yaşatdıqlarını görməklərinin vacibliyini vurğulayıb.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası qalereyasında təşkil olunan sərgi noyabrın 15-dək davam edəcək.