“Sovet dövründə Türkiyəni Vətən seçənlər” fotosərgisi Bakıda

Yazıcı-dostu sürüm

Oktyabrın 25-də Mədəniyyət Nazirliyi, İstiqlal Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “Sovet dövründə Türkiyəni Vətən seçənlər” mövzusunda fotosərgi açılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra vətənimizdən mühacir etmiş ziyalılarımızın, dövlət xadimlərimizin fəaliyyətini işıqlandırmaq, ulu öndər Heydər Əliyevin “İki dövlət, bir millət” ifadəsinə əsaslanaraq iki cəmiyyət arasındakı mədəni əməkdaşlığı inkişaf etdirmək, ortaq milli dəyərlərimizi xatırlamaq və onlara sahib çıxmaq məqsədiylə təşkil olunan sərgidə cümhuriyyət tarixinin tədqiqatçısı Prof. Ədalət Tahirzadənin şəxsi arxivindən 60 ədəd foto nümayiş olunur.

Tədbirdə Azərbaycan Pedaqoji Universitetinin tələbələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları və digər qonaqlar iştirak ediblər.

Azərbaycan İstiqlal Muzeyində təşkil olunan sərgi noyabrın 1-dək davam edəcək.